Kişilər bir gözə gəlimli qız yaxud da,orta yaşlı bir qadın görəndə ona aşiq olduqlarını söyləyərlər. Həmdə necə bilirsiz?! sizi ilk gördüyüm andan ağlımı döndərdiniz heç indiyə kimi belə bir gözəlliklə qarşılaşmamışdım evlisiz subay? Vay o günə ki, deyəsən subay ay sizin kimi gözəl bir qız indiyə kimi niyə ailə həyatı qurmamısız, bu kişilərin gözlərimi kor olub? yaxud da, bilirsiz əslində mən yoldaşımla ayrı yaşayıram sadəcə evladım var deyə boşamamışam. Uşağın halı necə olar yoxsa. Yada başqa yöndən yanaşırlar, xanım mən düşünürəm ki, sizinlə bir eşq yaşayım. Xanım sual verir bağışlayın siz evli deyilsiniz? evliyəm bunun mətləbə nə dəxli var?. mən sizi sevirəm. Xanım cavab verir: necə yəni evli bir kişinin subay bir qızla nə sevgisi? sizdən sənə keçid alır burda, səndə mənim dəqiqədə bir evliliyimi başıma qaxıb durma. Belə hallar bütün təbəqələrə aiddir, daha çox vəzifəli şəxslər tərəfindən qabarıq surətdə icra olunur. Onlara elə gəlir ki, bütün qadınlardan istifadə etmək olar qadındılar da, daha fikirləşmirlər ki, bu qadınların genində vətən qeyrəti, torpaq yanğısı, bir də irsi daşıdıqları namus qeyrət, ismət, mərifət var ki, bunu heç bir bəsit bir kəlimələr zədələyə, kirlədə bilməz. Məsələn mən nənəm Səkinə xanımla fəxr etmişəm həmişə. Babam Vəli ikinci dunya müharibəsinə gedib bir daha da geri qayıtmayıb. Onda Nənəmin iyirmi üç yaşı varmış. babamın qara kağızı nənəmin əlinə gələndə atamın üç yaşı olub. Nənəm öləndə də başı dik getdi dünyadan. Özünüz düşünün Rəhmətlik ağ –appaq kəhraba kimi yumru, ala gözlü bir qadın olmuş, hələ də, cavan! amma kişilər onu görəndə ayağa qalxırlarmış. Atam bunu danışanda hər zaman gözləri gülür, bizim təsəvvürümüzdə qeyrətli qadın surəti yaradırdı. O qadın ki, ömrünü gününü üç övladlarına həsr edərək qara damda yaşayıb. Bir dəfə yemək tapıb, bir dəfə də, özü yemədən övladlarına yedirdib. Gəlin görək belə yaşam tərzi bizim dövrümüzdə necə qarşılanardı. Əksər qızlarımız birçə gün dözməzdi, uşaqları ya uşaq evinə qoyar, ya da nənələrinin üstünə atıb atası evinə gedərdilər. Indi nə baş verib sizcə bu çirkinləşmiş cəmiyyətin içində namuslu qeyrətli qadının olması mümkün deyilmi? Belə nənələrin nəvələri də, bu cəmiyyətdə yaşayır anlaşılacaq hələ paklığın kökü qurumayıb. Amma bunun kimi özünü kişi hesab edən kişilərə bircə onu deyə bilərəm ki, diqqətli olun sizin simvolik kişi sözünün dərəcəsi sıfıra emək, qeyrətinizin soyu qurumaq üzərədir. Neçə ki, nəfsinizə qul olaraq düşüncənizdə yalnız qadın və şərab olacaq, o zaman qızlarınızın da, aqibəti siz ləkələdiyiniz, həyatlarıyla oynadıqlaınız qızların aqibəti kimi olacaq. Evdə saxlayıb bayıra buraxmasanız belə. Bir gün biriləri sizin etdiklərinizi sizə, sizinkilərə qaytaranda qətiyyən narahat olmayın. Atalarımız rəhmətliklər nə deyiblər? Nə əkərsən onu da, biçərsən. Azərbaycan qadınının isməti gecə hündür binaların altında, başqa ölkələrin “otellərində” nəisə... Bunun günahı sizcə kimlərdədir?. Indi hər şey yemək, icmək əyninizə geyinəcəyiniz dəbli paltarlar deyil, milli dəyərlərimiz də var. Geyimin adını çəkmişkən, bu dövürdə hər geyim növü var. Amma fərqə baxın! o, zaman paltarlara yamaq vurardı nənələrimiz. Bununla yanaşı namusları namus, abırları da abır idi. Məgər zaman dəyişibdə nə baş verib? bu zamanı idarə eden şüurlu insanlar deyilmi? hər kəs özünü görə bilsə, bu dillərdə dastan olan zamanənin adı ara yerində ağızdan ağıza dolaşmazdı. Nə qədər insan öz etdiklərini zamanənin üstünə yıxar axı? yazıq zəmanə, dili olsaydı öz haqqını mütləq istəyərdi bu insanlardan...dəyməyin mənə, mənim sizin etdiklərinizlə heç bir əlaqəm yoxdur. Amma siz utanmadan mənim adımdan istifadə edirsiz...xahis edirəm artıq dərəcədə buraxın mənim yaxamı, deyərdi. Onda bu insanların aqibəti nə olardı, bax onu bilmirəm. 12.13.2013
Kişilərin simvolik kəlimələri.- Gülnarə İsrafilqızı
Bu yazıya
dəfə baxılıb
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ