Ruhən mənimsən, qadın!

Bu yazıya counter dəfə baxılıb
Bayquş gecələrimin nigaranlığı sənsən,
Qarışqa gündüzümün çatışmazlığı sənsən, Bu darısqal dünyanı geniş edə bilərsən. Bir nəfəsinlə əlbət, bircə toxunuşunla... Bütün şeirlerimin mənasın dəyişərsən. Mən çoxdandır maddiliyə düşmən kəsilmişəm...
Ruhən mənimsən, qadın! Mənsə əsirinmişəm.
Acı verən sevginin şirinliyidi busən. Şirin sayılan canın mətinliyidi busən. Sinəmdəki yetimin tək sevincidi busən. Bu çırpınan ürəyi rahatlaya bilərsən. Bir nəfəsinlə əlbət,bircə toxunuşunla... Bütün "sən" və "mən"ləri "biz" deyə dəyişərsən. Mən çoxdandır adiliyə düşmən kəsilmişəm Sən xəyalımsan, qadın, Mənsə yesirinmişəm.
Son sözlərin hələ də qulağımda səslənər. Sənsizliklə yorduğun ruhum çətin dinlənər. Bu çeynənmiş mövzuya hikmət qata bilərsən. Bir nəfəsinlə əlbət, Bircə toxunuşunla... Hər daxmanı saray edə bilərsən... Mən çoxdandır asiliyə düşmən kəsilmişəm. Sən fədaimsən, qadın! Mənsə nəzirinmişəm!
Rufət Əhmədzadə
Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ