Sevmək müqəddəs, ülvi bir hiss olsa da bəzən da dəyərsiz “dəyərli”lər onun ya mahiyyətini anlamır, ya da anlamazlıqdan gəlirlər. Hər yetən gözələ də aşiq olmaq olmur. Bəzən, artıq indiki zamanda mən deyərdim çox zaman hisslər aldadıcı olur. Bu gün sənin üzünə sevgi qığılcımı kimi görünən, səni özündən çox-çox uzaqlara aparan təbəssüm dolu baxışlar sabah istifadəedici duyğularla, üzdə qarşılıqlı, içdə qarşılıqsız hisslərlə sonuclanır. Əslində bu özü də böyük bir məharətdir. El arasında belə bir ifadə var: “Bacarana can qurban”. Bu ifadəni sevgiyə tətbiq edən bəzi gənc qız və oğlanlar bunu özlərini dostlarının, rəfiqələrinin gözlərində ucalmaq üçün bu vasitədən istifadə edirlər. Bəzən saf bir qızın könlünü almağı bacaran bir “oğlan”, sonra məlum olur ki, dostları ilə mərcləşib ki onu əldə edəcək. Bir az qızla danışıqdan sonra qızı atır, heç nə olmayıbmış kimi. Bəzən də görürsən elə olur ki bir oğlanla münasibətdə olan qız bununla yetinməyərək başlayır oğlan kolleksiyası toplamağa.
Bütövlükdə Azərbaycanda köklü
dəmir ailə qanunlarına görə gərək qız tanımadığı oğlanla danışmasın. Mənim
fikrimcə tanımadığı oğlanla danışdığı zaman utanan, qızaran qızla tanımadğı oğlanla mesajlaşan qız arasında fərq qoymaq lazımdır. Həmçinin də
sözünün üstündə durmayan, bu birinə könül verib, sabah başqasının dalınca gəzən
oğlanla vəfalı, ləaqətli, namuslu, ağzıbütöv oğlan arasında da.
Keçən dəfə facebook-da maraqlı bir status yazmışdılar. Yenicə ailə
qurmuş qızın şəklini qoymuşdular (gəlinlik paltarında), şəklin altında da
yazmışdılar: “Evli xanımın facebook və odnoklassniki-dən istifadə etməsinə
münasibətiniz?”. Mən də yazdım: “Ümumilikdə yaxşı baxmıram, təbii ki əgər evlənəcəyin
xanım müəyyən peşənin adamıdırsa (yazar, jurnalist, müəllim və b.) normal
baxmaq lazımdır. O da təbii ki facebook-a”.
Heç bir peşənin sahibi olmayan, əsasən də tələbə olan gənc qızların
isə facebook-da tanımadıqları oğlanlarla mesajlaşması heç də normal hal deyil.
Mənim şəxsi qənaətimə görə bu yolverilməzdir..!
Sevgilisini sevənlərə xoşbəxlik arzulamaqdan başqa məqsədimiz yoxdur. "Sevgili"sini “sevənlər” isə qoy sevməklərində olsunlar. Bir azdan sonra heç özləri
də bilməyəcəklər ki, kimi sevirlər və niyə sevirlər...
Yeqzar Cəfərli
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ