Henrix Himler... SS-i (Faşist Almaniyasında qurulan polis birlikləri) qorxu və güc sisteminə çevirən ad...
Hitlerin sağ qolu olan və bir əmri ilə minlərlə Yəhudini ölüm düşərgələrinə göndərən Henrix Himler 7 Oktyabr 1900-cü ildə müəllim ailəsində Münhendə doğulub.
Kənd Təsərrüfatı təhsilindən sonra 1923-dəki Hitler Putschda (Pivə qiyamı) iştirak edib. 1925-ci ildə faşistlərin təhlükəsizlik təşkilatı SS-ə qatılıb. 1929-cu ildə isə SS-in başçısı olub.
1933-cü ildə faşistlərin zəfərindən sonra Alman polisinin SS idarəsinə keçməsini təmin edib. Daha sonra güclü təhlükəsizlik şəbəkəsi yaradaraq faşistlərin əleyhinə olan bir çox qrup və insanı məhv edib. İkinci Dünya müharibəsi illərində Şərqi Avropada qurduğu düşərgələrdə Yəhudi və rejimə qarşı çıxanların qırğınını təşkil edib.
Müharibə zamanı Himmler sayəsində alınan və qazanılan uğurlara görə 1943-cü ildə Daxili İşlər naziri vəzifəsi verilib.
1945-ci ilin yanvarında Hitler Himleri sırf özünə qarşı olan sədaqətinə görə və Sovetin hücumunun qarşısını ala biləcəyini düşündüyü üçün Vistül Ordular Qrupu Komandirliyinə gətirib. Himler bütün şübhələrə baxmayaraq, verilən əmrləri böyük bir istəklə yerinə yetirib.
İlk qurbanlar vurularaq öldürülürdü. Lakin daha təsirli üsul tapmaq lazım idi. Bu metod ölümləri sürətləndirməli idi. Və “Son Üsul” fəlsəfəsi ilə 6 milyon Yəhudi və 6 milyon Yəhudi olmayan insan öldürülüb.
1945-ci ilin yazında Himler bəzi müzakirələrdən sonra həyatını həsr etdiyi Almaniyanın zəfərindən şübhələnməyə başlayıb. Himlerin planı qərbdə sülhü bərpa etmək, sonra Sovet dövlətlərinin, Vehrmaxtın qalan gücü ilə müharibəni kənardan izləmək istəyirdi.
Adolf Hitler bunları eşidəndə Himleri vətən xaini elan edib və intihar etməzdən bir gün əvvəl Himlerin bütün səlahiyyətlərini və rütbələrini əlindən alıb.
Himler artıq Berlinə qayıda bilmədiyi üçün Plön yaxınlığında o vaxtlar bütün alman qüvvələrinin komandiri olan admiral Karl Dönitzə qatılıb. Lakin Dönitz Himmleri dərhal yanından uzaqlaşdırıb və ona Alman hökumətində yer olmadığını deyib.
Himler həyatla mübarizə aparmağa davam edirdi. Son çarə olaraq Amerikaya mühacirətə getməyə qərar verib. General Dvayt Eisenhouerin qərargahı ilə təmasa keçərək onlarla şərt kəsib. Əgər faşist lideri olaraq məhkəməyə çıxarılmasa bütün Almaniyanı müttəfiqlərə təslim edəcəyini deyib.
Himlerin əqli cəhətdən problemli olduğu Eisenhouerə faşist salamı verməsi lazım olduğunu yoxsa əlini sıxması lazım olduğunu soruşmağından sonra məlum olub. Eisenhouer müharibə günahkarı elan edilən Himlerlə hər hansı bir halda təmasda olmağı rədd edib.
Keçmiş həmkarları tərəfindən rədd edilməsi və müttəfiqlərin kəlləsini istəməsi Himleri çıxılmaz vəziyyətə salıb. Döydüyü hər qapı üzünə bağlanan Himler 21 maya qədər Danimarka sərhədindəki Dönitz hökumətinin paytaxtı Flensburqda qalıb.
Həbs olunmaqdan xilas olmaq üçün özünü gizlədib və adını Henrix Hitzinger olaraq dəyişdirib. Heç kəsmədiyi bığını təraş edib və sol gözünü bağlayıb. Əyninə əsgər paltarı geyinib və tək planı vətəni Bavariyaya qayıtmaq olub.
Sərhədlərdən keçə bilmək üçün saxta sənədlər hazırlayıb və özü ilə 11 SS zabiti götürərək yola çıxıb. İlk gündən sənədlərin saxta olduğu məlum olub. Sorğu-sualdan sonra Himler kimiyini açıqlayıb. İngilis polisləri isə onu yaxalayaraq Lüneburqdakı 2-ci ordu qərargahına təhvil verib.
Qərargahda paltarları çıxarılıb, axtarılıb. Paltarının içində zəhər saxlamaq ehtimalına qarşı İngilis əsgəri paltarı geyindirilib. Amma araşdırma yaxşı aparılmayıb. Himler ağızındakı bir boşluqda kalium sianid kapsulası saxlayıb. 22 may 1945-ci ildə yeni bir İngilis kəşfiyyat zabiti gəlib və hərbi həkimə Himlerin ağzını axtarmağı əmr edib. Bunu eşidən Himler dərhal sianidi dişləyib 12 dəqiqə ərzində ölüb. Mədəsi yuyulsa da qurtarmaq mümkün olmayıb.
Himlerin son sözləri “Ich bin Heinrich Himmler!” (Mən Henrix Himlerəm!) olub.
Himlerin cəsədi gizlincə yandırılıb və naməlum yerdə dəfn edilib. Günümüzə qədər də məzarın yeri bilinmir.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ