MEŞƏ-Qriqore Viyeru
Bu yazıya
dəfə baxılıb
Özgəsiylə getdi yarı,
Göy meşədə itdi izi.
Qırdı bütün ağacları,
Tapılmadı sevgilisi…
Qırdı bütün meşəni o,
Sonra yerini bellədi.
Bellədi bütün meşəni,
Tapılmadı sevgilisi…
Bellədi bütün meşəni,
Dən səpdi,
sünbül göyərdi.
Biçdi bütün sünbülləri,
Tapılmadı sevgilisi…
Biçdi bütün meşəni o,
Gəmi düzəltdi özünə.
Hələ qaranlıq düşməmiş
Çıxdı dalğalı dənizə.
Çıxdı dalğalı dənizə,
Bəlkə unutsun yarını.
Unutsun ürəyindəki
O kədəri, o ağrını…
…Amma təzə ay doğanda -
Yazığın gözü qamaşdı;
Meşə öz yerində idi,
Gəmi də yarpaqlamışdı…
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ