Gözümü çaşmı qoyum mən
Bu eşqi atıb başımdan,
Başımı boşmu qoyum mən?
Səni qəlbimdən çıxarıb,
Yerinə daşmı qoyum mən?
Doğru, yalanamı baxım,
Tinə, dalanamı baxım,
Ə n uzaq yolamı baxım.
Gözümü çaşmı qoyum mən?
Soraq alıb bir xoş günə,
Düşümmü dumana, çənə,
Itirib başımı yenə,
Yerinə başmı qoyum mən?
Yetim qız
Gəlinlik paltarını
Gözündən salıb itirmişdi
Anası ölən günü
Anasını ağlayanda.
Görən olmamışdı
Bəlkə də kəfən əvəzi
Anasını bükmüşdülər
Gəlinlik paltarına.
O gündən anasının
Qara gün üçün
saxladığı
Libası geyindi əyninə
Lüt qalmasın deyə.
O gündən anasının
Yarımçıq qalmış
Arzularını böyütdü
Həyət-bacada.
Yetimliklə
Böyüdü yetimliklə.
Yetim qız dedilər-adına.
Qalib Şəfahət
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ