KAMANIN SƏSİ

Bu yazıya counter dəfə baxılıb
Bir kaman ağlayır Habil əlində,
Mənim də kamanım yarın əlində.
Ağladır,sızladır hər pərdəsində,
Görən yorulmazmı yar cəfasında.


Kamanın səsi hələ qulaqlarımda,
Könlümün simləri yar mizrabında.
Çalır pərdə-pərdə öz havasında,
Görən yorulmazmı yar cəfasında.


Çalınan musiqi sanki ruhumda,
Qəlbimlə,duyğumla eyni havada.
Nazlı yarım qoydu məni fəraqda,
Görən yorulmazmı yar cəfasında.


Habil sevgisindən çalır kamanda,
Səslənir qəlbimdə çalan kaman da.
Etibarın bu yorulmuş vaxtında,
Görən yorulmazmı yar cəfasında.


Etibar Salmanov.
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ