Əl saxlayın ölümlərdən!
Bu yazıya
dəfə baxılıb
Vətəndaş müharibəsi,
Sünnü şiyə idiologiyası
Körpələrin ölmünə səbəb
Yurdunu itirənlər
Övladına yas tutanlar.
Suriyalılar...
Kərküklülər...
Türklər...
Vətən savaşı,
Millət savaşı,
Din savaşı,
Qan tökməyə məcbur edir,
Qardaşı...
Bu hökümü, bu fətvanı kimlər yazır?
Kimdir bunlar insanlara,
Diri-diri qəbir qazır.
Altı aylıq körpə.
Anasının qucağında.
Can verməkdə,
Ana öz dərdində.
İyordaniya yollarında,
Qurban olub,
Siyasət oyununda
Ayaq yalın başı açıq.
İsti ocaq qırağında,
Yatan məmur, yatan molla,
Hökm oxuyur.
O torpaqlar, bu torpaqlar
Qan qoxuyur.
Əl saxlayın ölümlərdən,
Fətvalardan, hökümlərdən!
Bitsin artıq bu savaşlar,
Yaşasınlar...
Gülnarə İsrafilqızı.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ