Sankt-Peterburq şəhərində yerləşən Etnoqrafiya Muzeyində Beynəlxalq Toleriantlıq Günü çərçivəsində geniş tədbir keçirilib
Bu yazıya
dəfə baxılıb
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən Etnoqrafiya Muzeyində Beynəlxalq Toleriantlıq Günü çərçivəsində geniş tədbir keçirilib. Tədbirdə müxtəlif ölkələr geyimləri, adət-ənənələri, musiqiləri, toy mərasimləri ilə təmsil olunublar. Ölkəmizi bu tədbirdə Azərbaycanın Milli-Mədəni Muxtariyyatı təmsil edirdi. Muxtariyyatın direktoru Mariat Əsgərovanın və "Çinar" rəqs qrupunun rəhbəri Xeyransa Mirzəyevanın təşkilatçılığı ilə hazırlanan proqramda Azərbaycan toyunun bir hissəsi olan xınayaxdı mərasimi qonaqlara nümayiş etdirilib. Milli elementlərin, geyimlərin, adətlərin və rəqslərin cəmləşdirildiyi xınayaxdı mərasimini "Çinar" rəqs qrupunun gənc azərbaycanlı iştirakçıları təqdim edib. Proqram izləyicilər tərəfindən çox maraqla qarşılanıb. Azərbaycan mədəniyyətini əks etdirən bölümə yaxınlaşan qonaqlar çıxışdan razı qaldıqlarını söyləyiblər. Tədbirdə azərbaycanlılardan başqa ruslar,özbəklər, qazaxlar, yakutlar, gürcülər, polyaklar və digər xalqların nümayəndələri də iştirak ediblər.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ