Varlıq və Heçlik- Yusif Qəşəmli

Bu yazıya counter dəfə baxılıb

Bu gün düşündüm. Bu gün düşündüm və anladım. Anladım ki, varlığımın və heçliyimin bir mənası yoxdur.Necə ki,torpaqdan gəldim elə cəsədim də torpağa qarışacaq.Qəbul edirəm ki,varlığımla heç bir şeyi dəyişməmişəm.Bu dünyaya gəlməsəydim belə hər şey öz axarında gedəcəkdi.Axı mən elə düşünürdüm ki, tarix olacam. Özüm silinib getsəm də adım tarixdə qalacaqdı. Hələ gəncəm, yaşamağa uzun ömrüm olsa da heç nə dəyişməyəcək. Bəlkə də yalnış zamanda gəlmişəm ya 1əsr əvvəl ya da 1əsr sonra gəlməliydim.Kiçik tarix olmaq istəmirəm, dostlarımın yaddaşında qalmaq istəyirəm.
Bilirəm, bir gün böyük bir tarix gələcək və məni siləcək. Dostlarımın qəh-qəhəsiylə unudulacam. Gülüşlər siləcək məni. Bir gün ya bilmədən birinin ağzından çıxacaq adım , ya da bir sözüm yada düşərək xatırlanacam.Sadəcə qısa çəkəcək.Bu intihar məktubu deyil narahat olma və ya sevinmə.Sadəcə bir yazıdır yazdım.

Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ