MİLLİ KİMLİK-Namiq HACIHEYDƏRLİ
Bu yazıya
dəfə baxılıb
-Adın nə?
-Sədrəddin!
-Atanın adı?
-Bədrəddin!
-Soyadın?
-Kəlbiyev!
-Ərəbmisən?
-Türkəm! Niyə ərəb olum?!
-Adın ərəb, soyadın ərəb, atanın adı ərəb
Rusca doğuldun, ingiliscə yaşarsan,
ərəbcə öləcəksən...
Türklüyün harda qaldı?
........
-Adın nə?
-Elxan!
-Atanın adı?
-Oğuz!
-Soyadın?
-Ərsoy!
-Milliyətini sormaya gərək yox.
Türk olduğun adından bəlli...
...millət öz keçmişini,
hələ daşlayır bala.
Milli kimlik soyaddan
addan başlayır bala...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ