
Şəhərin
içində yerləşən parkların biridir, baxın. Nədənsə bu park azda olsa təbiətə, əslinə
bənzəyir. Yarpaqlar var yerə tökülən, insanların ayaqlarına sevinclə sarılan.
Bir adam dolaşır, bu parkda. Yaxşı baxın, bəlkə də sizin tanıdığınız biridir bu
adam.
Bəzənib
özünə sevgili axtarmağa çıxan qəşəng qız
sən də bax bu oğlana. Bəlkə bəyəndin,, bəlkə sevdin. Yox, ancaq bu oğlan
sənin maşınında gəzdiyin oğlanlara bənzəmir. Heç bunun üzündən şəhvət, ehtiras
oxunmur. Nə yaşaya bilərsənki, ey bununla, sən də haqlısan.
Bəlkə sən
baxasan bu oğlana, ay baba. Səndəmi baxmaq istəmirsən?
Axı, niyə?
Yoxsa sənə
gəncliyinimi xatırlatdı, bu əlində siqaret, qulaqlarında qulaqcıq olan oğlan.
Necədə məğrur addımlayır eləmi, payız donlu yarpaqların üzəri ilə.
Baba, ay
baba. Düzünü de bu oğlan sənə təkcə gəncliyini xatırlatmadı eləmi? Başqa şeylər
də xatırlatı, deyəsən sənə, hə ?
...................
Yaxşı,
heç nə demə ay baba. Mən başa düşdüm səni. Bu gəncin addımları sənə gəncliyinlə
bərabər, o gənclikdə olan gözəl bir qızı da xatırlatdı .
Başqası
ilə evlənsən də onu heç unuda bilməmişdin. Qızına onun adını qoymaq istədin,
lakin cəsarətin çatmadı.
Ağlama,
sən Allah ay baba. Mən sənin göz yaşlarını siləcək gücdə deyiləm, axı.
Mənim
işim bax, o gedən adami izləməkdi.
Bəs, görəsən
mən kiməm. Bir yarpaqmı, yoxsa bir balaca quşmu bu parkda yuva quran. Bəlkə də
rüzgaram mən. Diyar- diyar dolaşan.
Bu adam
axı, nə gəzir bu parkda. Bax, artıq gecədir. Niyə getmir evinə? Onu evdə gözləyən
bir qadın, bir uşaq olmalıdır axı. Gözlərindən elə oxunur. Onun gözləri bir
atanın gözləri ola bilər, ancaq bu qədər mərhəmətli.
Onun
yarapaqlara toxunuşuna baxın, bir. Sanki sevdiyi qadına toxunan bir kişidir. Bəli,
bax buna görə deyirəm bu adam bir qadının əri olmalıdır mütləq, ancaq hələ də
parkda gəzinir. Niyə getmir axı öz evinə.
Artıq
gecə gəldi, şəhərin işiqları yanılı olsa da pəncərələrdən işıq gəlmir. İnsanlar
yatır.
Baxın o, sağ tərəfdə görünən beş mərtəbli
binanın sağ tərəfində, üçüncü mərtbəsində yeni evli bir gənc ailə var. Onların
işiği ən tez keçənlər arasında idi.
Birdə ən
son mərtəbədə yaşlı bir baba yaşayır, tək başına. Bu gecə onun işiği yanılı
qaldı. Günahkar mənəm deyəsən, babaya o, parkdakı adamı görsədəndən sonra. Ürəyi
sancıdı yaşlı adamın. Bir təhər evinə getdi yatağına uzandı.....
Əlini
uzadan sevdiyinin əlini tutdu, işığı da yanılı qaldı.
Günahkar
mənəmmi, sən söylə?
Axı, mən yalnız ona, səni görsətdim. Cavab ver mənə, sən
kimsən?
Mən səni,
niyə izləməyə məcburam?
Gecə,
oldu sən evinə niyə getmədin?
Bax, günəş
doğacaq bir azdan.
Cavab
ver, mənə- susma..
.........................................................
***
İndi ilk
bahardı, bu şəhərdə, elə bu parkda. Saçları çiyinlərinə tökülən bir qız asta-
asta addımlayır parkın içindəki yolda. Dərsə gedir, oxuduğu ali məktəbə. Oxuyub
müəəlimə olacaqdı. Bir gün böyük bir həyacanla sinifə daxil olacaq, su kimi
saf, təmiz uşaqlara ürəyindəki sevgini, gözəlliyi anlatacaqdı.
Addımlarına,
alqış tutur ilk bahar sevgi qoxan ətri ilə. O, addımlayır ürəyindəki xəyallara
çatmaq üçün.
Parkın kənarı
ilə bir xarici maşında yavaş- yavaş irəlləyir.
Budur,
qız oxuduğu məktəbin hasarından içəriyə daxil olur. Həyətdə minlərcə tələbə
var. Qulaq deyəni ağız eşitmir.
O, binaya daxil olur, lakin onu izləyən cavan
oğlanı, görmür.
Bəlkə də, elə oğlan ona görünmək istəmir hələ.
Ürəyində fırtınlar qopur, ancaq hələ zamanı
deyil. Bir gün qarşısına çıxacaqdı, ancaq hələ o, gün bu gün deyildi.
Maşına əyləşir,
cavan oğlan və sürətlə oradan uzaqlaşır. Sürəti sevirdi, sanki harasa tələsir,
harasa yetişməliydi.
Dənizin sahilinə gəldi, bir siqaret yandırıb
qağayıların dənizə yazdığı şeirləri dinləyə- dinləyə onu düşündü.
Budur o,
yenə qızı izləyir, hüzün donlu addımlarla. Qız bu dəfə görür onu izləyən gəncin
üzünü, görsün də. Hər gün bu şəhərdə nə qədər oğlan, qız arxasınca düşür, nümrə
istəyir. Kim istəyinə nail olur kimi olmur.
Oğlan
ona yaxınlaşır, oğlanın dili söz tutmur. Mənnnnnnnn deyir və sözünü tamamlaya
bilmir. Rəngi qızarır, utanır yerində quruyub qalır. Qız gülərək oradan
uzaqlaşır. Bir müddətdən sonra özünə gəlir, bir siqaret yandırıb yenə sürətlə
sahilə, qağayılarının yanına gedir.
Ah, qağayılarım, siz də olmasanız mənim axırım
necə olardı.........
Günlər
ötür, günlər ölür bir bir. Günlərin məzarından ay adlı gül bitir.
Bu güllərin
sayı altı olur bir gün.
Oğlan yenə sabah tezdən parkda sevdiyinin
yolunu gözləyir, bu gün bir ümid var dodaqlarında, bu gün titrəmir dili nə isə.
Bir
rüzgar əsir, gələn sevgilinin saçlarının qoxusu ilə vurmaq üçün onu.
Günəş
buludların arasından utanqac şualarını göndərir, qızın çantasına.
Parlayan
çantadan işiq düşür gözlərinə. Qız uzaqdan gülmsəyərək yaxınlaşır ona. Əlində,
ocunun içində bir şey gizlədir, sanki.
Budur
yaxınlaşdı, düz onun qarşısında dayanır. Gülərək əlindəki kağızı ona uzadır.
Başını aşağı salıb, qızaran yanaqlarını saçlarının arasında gizlədərək oradan
uzaqlaşır. Budur kağızda yazılan nümrə 050
*** ** **
İndi
sevgi gülləri açır bu şəhərdə. Bircə qağayılar qısqanır bu sevgini, bu qızı.
Kimsəylə
paylaşmaq istəmirlər, o sevgi gözlü oğlanı.
***
Dəniz kənarında əl- ələ gəzirlər. Baş
barmaqları ilə göstərirlər bir- birilərinə olan sevgilərini. Dodaqlarında
öpürdü o gözəl qızın, sahildə qağayıların nəğmələr söylədiyi yerdə. Yaşılbaş
ördəklərin özünü xəzərin kirli sularına çırparaq balıq gəzdiyi yerdə.
“Məni nə
qədər sevirsən” kimi mənasız suallardan
uzaq oldu bu sevgi. Sevdiyinin dodaqlarında dodaqlarının izi, barmağında nişan
üzüyü.
Mopasan
onların sevgisini görsəydi “Ay işiğı” ında hekayəsini cırıb atardı, oradakı
rahibəni hələ demirəm- çadrasını başından atıb. Tərk edərdi ruhunu həps elədiyi
monastırı. Sevgi axtarardı və bir kişinin qollarında edərdi Tanrısına ibadətini.
- Bu gün, dərsdən sonra gedəkmi
sahilimizə?
- Gedək ömrüm
- İndi, qağayılarımız
darıxıb bizim üçün. Mən səni öpüm, sən baxışlarınla sevgimizə aşiq dənizimizi.
- Bura bax, sən başqa
qızlara da belə gözəl sözlər deyirsənmi? Desən bir daha üzümü görə bilməzsən
- Yox, yox ay gülüm, mənim
qəlbim sənindir. Ola bilsin ki, səni tanımadan, səni sevmədən öncə dodaqlarım
kimlərəsə sevgi sözləri söyləyib, ancaq ürəyim ilk dəfədir ki, bir gözəl qız
üçün bu qədər döyünür. Sən mənim baharımsan, göydələnlərlə əhatə olunmuş bu şəhərdə,
kəkik qoxulu, yapız, nanə qoxulu baharım.
- Sən əritmişdin
qarlarını, günəşinlə istmişdin torpağını, onun üçün ömrünə gələ bildim, səni
bax elə qağayılarımızın dənizi sevdiyi kimi sevirəm. Hansı fəsil olur- olsun,
qağayılar dənizi tərk etmir, sevir neft qoxan bu dənizi. Necə ola bilər ki, mən
gül qoxan, sevda qoxan səni unudum, sevməyim bir gün.
- Mən deyiləm gül qoxan,
o sənin sevginin qoxusudur gözəl qız, hələlik, get dərsinə. Dərsdən sonra səni
burada gözləyəcəm.
- Hələlik ömrüm.
***
Yenə mən o adamı və o
qızı izləyirəm. Kimliyimi özüm də bilməyən mən. Oğlan bax o, parkda gəzinir, tez- tez qolundakı saata baxır.
Sanki kimisə gözləyir. Aylardır bu mənzərə heç bitmir. Gecə- gündüz oğlan bu
parkda elə hey gəzinir.
Payızın son aylarıdı, bu
şəhərdə. Yox, ey nə son ayı, son günləridir. Payız bitincə qar yağmasa da
soyuqlar olacaq. Görəsən bu soyuqlarda da gözləyəcək mi, o bu parkda.
Gözləyəcək, məncə.
Hardanmı, bilirəm?
Bu soyuqlarda küçələrdə
yatan insanlara rast gəliriksə, o da gözləyəcək.
Bəs, bu məzarlıqda
ağlayan qız onun sevdiyi qız deyilmi, nə işi var axı, bu məzarın başında. Niyə,
parka sevdiyinin yanına getmir.
Niyə, eləcə ağlayır bu məzarın
başında?
Xəbərlərdə, demişdilər
maşın qəzasında sevdiyinin yanaraq öldüyünü. Axı, sevdiyi o, parkda onu gözləyir.
Niyə, aldadıblar onu?
Yazıq deyilmi, sevənləri
ayırmaq?
Mən qışqırmaq istəyirəm
ki, ay qız sevdiyin ölməyib, o parkda səni gözləyir, ancaq mən danışa bilmirəm.
Həqiqətən, mən kimdim?
Küləklərin bu şəhərə çox
uzaqlardan gətirdiyi, bir nanə qoxusumu ki, onların ürəyinə sinmişdim, yoxsa elə
mən sevgi idim, Tanrı məni onlar üçün yaratmışdı.
Sadəcə, onu bilirəm ki, mən
indi həm parkda onu gözləyirəm
Həm də, məzarlıqda onun
üçün ağlayıram
Mən kim olduğumu bilməsəm
də, nə üçün var olduğumu bilirəm.
İndi isə gedirəm
Haramı?
O, qızın yanaqlarından
bir damla göz yaşını götürüb,
oğlanın dodaqlarına aparmağa
Ölümdən həyata
həyatdan ölümə .
həyatdan ölümə .
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ