İntiqam Yaşar -Nişan Xəbəri

Bu yazıya counter dəfə baxılıb


Bir siqaret yandırmaqla h
əzm elədim sənin nişan xəbərini.
Gedirsənsə get nə deyim,qoy o bilsin dəyərini.

Gedişinlə bir səadət üzərindən xətt cəkirsən.
Gedişinlə bir ömürlük s
ədd çəkirsən,
Keçmiş ilə gələcəyin arasından.
Zaman-zaman qan sızacaq bu ürəyin yarasından.
Gələn-gedən seyr edəcək sənin bu r
əsm əsərini.

Bir siqaret yandırmaqla h
əzm elədim sənin nişan xəbərini.
Gedirsənsə get nə deyim,qoy o bilsin dəyərini.

Ölüm-itim dünyasında bir də çətin görüşək biz.
Nələr oldu,nələr keçdi bir də çətin bölüşək biz.
Bu günümdən sabahıma olan körpü yanmış artıq.
Bu günümün səbəbkarı dilin məni danmış artıq.
Sən danmaqla İlahi də çəkmiş məndən nəzərini.

Bir siqaret yandırmaqla həzm eledim sənin nişan xəbərini.
Gedirsənsə get nə deyim,qoy o bilsin dəyərini.

Mən gəlməmişdən dünyaya xeyir şərə yozulubmuş.
Mən gəlməmişdən dünyaya yaxşı nə var pozulubmuş.
Mən gəlməmişdən dünyaya tale yolum cızılıbmış.
Mən gəlməmişdən dünyaya bu bəxt belə yazılıbmış.
Sanki,mənə saxlayıbmış dünya q
əmi-kədərini.

Bir siqaret yandırmaqla həzm eledim sənin nişan xəbərini.
Gedirsənsə get nə deyim,qoy o bilsin dəyərini.
Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ