Kənan Hacı- Saxla gedən qatarı

Bu yazıya counter dəfə baxılıb
Çəpər üstə yığışıb
dərdini bölür sərçələr,
təbiət soyunur yaşıl paltarın,
elə bil ərinin gələn vaxtıdı.
səninki gətirmir, daha üz vurma baxta,
təzədən göyərməz bu qara taxta,
ağlasan, sənə gülərlər indiki vaxtda,
deyərlər kişi ağlamaz,
kişi ağrıyar,
indi bulaqların
gözünün yaşını silən vaxtıdı.
noolsun ki, yükün çəkindən ağırdı,
taleyin hökmünə ömür verməzlər,
sevgi özü taledi,
taleyi işə salma,
taleyə boyun əydinsə, bu ömür sənin deyil,
indi bütün baxtsızların
alın yazısını silən vaxtıdı.
al sevdiyin qadını
bu qatarın əlindən,
kölgən də bezib səndən,
sürüşüb düşür əynindən,
bezdirmisən taleyi
işin-gücün bol vaxtı,
adam evə tək dönməz
gecənin soyuq vaxtı,
baxtını da götür, get!
eeeh… indi bilirsən,
nəyin neyləyən vaxtıdı?….
saxla gedən qatarı,
yoxsa…
səhər açılmayacaq, şair
Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ