CƏFƏR CABBARLI – AZƏRBAYCAN BAYRAĞINA

Bu yazıya counter dəfə baxılıb
Buraxınız seyr edəyim, düşünəyim, oxşayayım
Şu sevimli üç boyalı, üç mənalı bayrağı!
Mələklərin qanadımı üzərimə kölgə salan!?
Nə imiş bu, aman allah! Od yurdunun yarpağı!
Göy yarpaqlar, al çiçəklər, yaşıl otlar topasımı!?
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır,
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Ulduzlardan, hilaldan da yüksəklərdə fırlanır…
Bu görünüş bir ananın şəfqətinə oxşayır,
Düşündükcə duyduqlarımı, vicdanımı oxşayır.
Bu ay- ulduz, boyaların qurultayı nə demək!?
Bizcə, böylə söyləmək:
Şu göy boya göy moğoldan qalma bir türk nişanı,
Bir türk oğlu olmalı!
Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!
Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Səkkiz künclü şu ulduz da səkkiz hərfli od yurdu
Əsarətin pəncəsindən fürsət bulmuş quş kimi
Səhərlərə uçmuşdur.
Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı
Yurdumuzu qucmuşdur.
Allah, əməllərim edib şu bayrağa intiqal,
Birər- birər doğru olmuş, bir ad almış istiqlal!
Ürəyimdə bir dilək var, o da doğru kəsilsin,
O gün olsun, bu göy bayraq Turan üstə açılsın!
Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ