Mədəniyyət böyük anlamda millətlərin qurduğu tarixi abidələr, sənət əsərləri və s, kiçik anlamda isə ayrı-ayrı insanların əxlaq normalarına uyğun həyat tərzi sürməsidir.
Bununla bağlı dilimizdə bir pis sözdə var “mədəniyyətsiz”, deyə.
-küçədə qışqıra-qışqıra danışmaq,
-müsiqi dinlərkən qulaqcıqdan istifadə etməmək,
-qadınlara qarşı nəzakətsiz davranmaq.
Bütün bunlar çox sadə görsənir, lakin ən böyük problemimiz elə bunlar və oxşarlarıdır.
Bu problemlərdən xilas olmağın yolu isə , çox asandı.
Oxumaq və düşünmək.
Oxumadan, düşünmədən nə qədər gözləsək də bunlar düzəlməyəcək.
Anlaya bilməyəcəyik ki, hər qadına söz atmaq, pis gözlə baxmaq olmaz.
İdrak edə bilməyəcəyik ki, başqalarını narahat edə biləcək hərəkətlərdən uzaq durmalıyıq.
Müasir dünyada hərkəs işlərini görərkən internetdən istifadə edir, bəs bizdə?
Niyə internetə girən qadına pis gözlə baxırıq?- cavabı biləndə inşallah gec olmaz.
Yolda qulaqcıqla mahnıya qulaq asan görəndə “yekəxana” deyirik, “özündən razı”adlandırırıq. Özümüzdən çıxırıq.
Ancaq, telefonun səsini son həddə qədər yüksəldib ”qız teyləyən” qaqaşlara çox normal baxırıq.
Elin adamı Bethown dinləyir.
Biz “Mənim aşqım bal dadır”.
Avropalı həm kilsəyə gedir, həm elm ocaqlarına.
Biz ya saqqal saxlayıb elmə, təhsilə düşman oluruq, ya da elm deyib mənəviyyatımızı, Allahımızı unuduruq.
Gözəl geyimli, özünə qulluq edən bir xanım görəndə mütləq ona söz atmalıyıq, axı bizim düşüncəmizə görə o, mütləq əxlaqsızdı.
Biz belə düşümcəylə ölkəmizə gələn turistlərə də yanaşsaq, birdə ölkəmizə kim gələr, axı?
Gözəl sözləri unutduq deyəsən və gözəl insanlar tərk etdi, getdi bizi.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ