Noyabrın 25-də AMEA-nın İ.Nəsimi adına Dilçilik
İnstitutunda Qazaxıstan Təhsil və Elm Nazirliyinin A.Baytursunov adına Dilçilik
İnstitutunun əməkdaşları ilə görüş keçirilib.
İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru,
filologiya üzrə elmlər doktoru, professor Fəxrəddin Veysəlli qonaqları səmimi
salamlayıb, başçılıq etdiyi institutun fəaliyyəti haqqında onlara bilgi verib.
Qonaqların gəlişi latın qrafikasına keçmək istəyən qardaş
Qazaxıstan respublikasının bu sahədə Azərbaycanın təcrübəsini öyrənməsi ilə
bağlıdır.
Yeddi nəfərdən ibarət nümayəndə heyətinə
A.Baytursunov adına Dilçilik İnstitutunun şöbə müdiri, Beynəlxalq Qazax Dili
Cəmiyyətinin prezidenti, akademik Vmırzak Aytbayev, həmin institutun şöbə
müdiri, filologiya elmləri doktoru, prof. A.Jbanov, filologiya elmləri doktoru,
prof. A.Jnasbəyov, adıçəkilən institutun direktoru, filologiya elmləri doktoru,
prof. M.Malbakov və başqaları daxildirlər.
Görüşdə qazaxıstanlı dilçilər azərbaycanlı
həmkarlarına dilçiliyə aid dəyərli ədəbiyyatlar hədiyyə ediblər.
Sonra qonaqlar İ.Nəsimi adına Dilçilik İnstitutunda
şöbələrin fəaliyyəti ilə yaxından tanış olublar.
Qazaxıstanlı dilçilər həftənin sonuna kimi ölkəmizdə
olacaqlar.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ