"bu kişini tanımadınız?"

Bu yazıya counter dəfə baxılıb
Şəbnəm Xeyrulla
Çox qəribə bir yuxu görmüşəm. Yazıçı Anarla tamam fərqli Bakıda (sanki "Ağ qoç"da təsvir etdiyi kimi şəhərdə) söhbət edə-edə gəzişirik. İstiqlal meydanı adlanan çox gözəl bir yerdəyik. Meydan istiqlal tarixindən olan rəsmlərlə bəzədilib. Anar da rəsmlərə baxa-baxa keçmişlərdən danışır. Bu vaxt qarşımıza 7-8 nəfər gənc oğlan, qız çıxır. Onların "Təhminə" filmi haqqında danışdığını eşidirik. Amma salamlaşmadan keçmələri xoşuma gəlmir, saxlayıb soruşuram ki, "bu kişini tanımadınız?"
"Yox" deyib Anarın üzünə baxırlar. Hirslə deyirəm ki, bayaqdan haqqında danışdığınız "Təhminə"ni bu yazıb da.
Sonra deyirəm ki, "Anar müəllim, şəhər nə qədər gözəlləşsə də, insanlarımız bir o qədər geriləyir. Siz hələ şükür edin ki, romanınızda təsvir etdiyiniz kimi sizi "Əzizbəyov-Mərdəkan" avtobusunda konduktor işlətmirlər."
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ