Nigar Məhərrəmli- Xatirələr...
Bu yazıya
dəfə baxılıb
Bir payız gecəsi yağan yağışla,
Yuyur xatirələr gözümdən nəmi.
Əlləri qoynunda yetim uşaqtək,
Gəncliyim ağladır içimdə məni...
Könlüm ürküb uçan durna qatarı,
Sökür göy üzündən dumanı çəni.
Yayılıb dağlara bir qız harayı,
Durna qatarından ayırma məni...
Sıxır asta-asta göyü buludlar,
Küləklər dərdimi dağıdır yelə.
Bir damla ayrılır göyün gözündən
Damıb həyat verir gülə-çiçəyə...
Nagahan küləklər pıçıltı salıb,
Ağacın köksünə ün salıb gedir.
Qəmli xatirələr ilməyə dönüb
Nigara kədərdən şal salıb gedir...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ