Ağ kağıza çökən duman

Bu yazıya counter dəfə baxılıb
  
                            Duman çökür, ağ kağızlara
Bir qurd ulayır, azıb yolunu
 Barmaqlarının ucunda

Ağ kağız
Qara saçlar
Qaraldıqca kağız, ağarır saçları
Sanki, cəmlənib dünyanın mənası
Kağızlara köç edən, saçlarının qarasında

Ağlı, köhnə bir məzarda
 Ağlını, gəlin köçürür
    Dəli şair
Büküb- atdığı kağızlara
Yalnız ürəyindən süzülsün deyə sözləri

Deyirlər: yavaş- yavaş qocalır, ölür
Deyir: təzə- təzə doğuluram
Ruhumu sıxan bədənimdən
Bəyaz kağızlara sovruluram

Deyir: gözəl bir qızın dodaqlarına
Düşəcəm, bir yağmur damlası olaraq
Gül açacam o, güləndə
Fəsillərdən olsa da qarlı qış
Və bir gün ağlasa, o
Siləcəm, göz yaşlarını
Töküb yarpaqlarımı, solaraq
Mən yaşayacam o, olaraq.
                                              Tural Sahab


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ