Söylə, uca göydələn!
Ordan necə görünür ?
Bu maşınlar, tıxaclar
Yaşıl kollar, ağaclar
İnsanlardan əməllər
Göyə uzanan əllər
Hey boylanan ağ bəniz
Qumlu sahil, bağ, dəniz
Söylə, uca göydələn!
Ordan necə görünür?
Şirvanşahın harayı
Şirvanşahlar sarayı
Bizim oğuz qalası
Həmən o “Qız” qalası
Sorum başqa bir qala
Özü dik dayansa da
Adıdır Sınıqqqala
Söylə, uca göydələn!
Ordan heç görünürmü?
Qarabağın yolları
O kəsilmiş qolları
Bağları, oylaqları,
Dağları,yaylaqları
Dərə, təpə, çalası
Bizim Şuşa qalası
O Cıdır,Gəyən düzü
Qəddini əyən düzü
O topxana meşəsi
Acı fəryad guşəsi
Natəvanın azarı
Mehdi xanın məzarı
Söylə, uca göydələn!
Ordan heç görünürmü?
O Borçalı elləri
Zəngəzur mənzilləri
O dəmirqapı Dərbənd
Maku,Urmiya, Mərənd
Söylə, yazım varağa
Xoy ,Ərdəbil, Marağa
Təbriz, Miyanə, Zəncan
Tam bütöv Azərbaycan
Ordan necə görünür ?
Bu maşınlar, tıxaclar
Yaşıl kollar, ağaclar
İnsanlardan əməllər
Göyə uzanan əllər
Hey boylanan ağ bəniz
Qumlu sahil, bağ, dəniz
Söylə, uca göydələn!
Ordan necə görünür?
Şirvanşahın harayı
Şirvanşahlar sarayı
Bizim oğuz qalası
Həmən o “Qız” qalası
Sorum başqa bir qala
Özü dik dayansa da
Adıdır Sınıqqqala
Söylə, uca göydələn!
Ordan heç görünürmü?
Qarabağın yolları
O kəsilmiş qolları
Bağları, oylaqları,
Dağları,yaylaqları
Dərə, təpə, çalası
Bizim Şuşa qalası
O Cıdır,Gəyən düzü
Qəddini əyən düzü
O topxana meşəsi
Acı fəryad guşəsi
Natəvanın azarı
Mehdi xanın məzarı
Söylə, uca göydələn!
Ordan heç görünürmü?
O Borçalı elləri
Zəngəzur mənzilləri
O dəmirqapı Dərbənd
Maku,Urmiya, Mərənd
Söylə, yazım varağa
Xoy ,Ərdəbil, Marağa
Təbriz, Miyanə, Zəncan
Tam bütöv Azərbaycan
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ