Gülnarə İsrafilqızı- Tökülən göz yaşları
Bu yazıya
dəfə baxılıb
Qonşuluqda kiçik bir qız uşaqı yaşayırdı. O vaxtlar mənim də yaşım az idi birinci sinfdə oxuyurdum. Bu qız digər uşaqlardan fərqli olaraq isti - qanlı,rəhimli, dərin düşüncəli bir uşaq idi. Onunla söhbət edendə əlli yaşlı qocaman insanı xatırladırdı. Onların həyətində qocalıb əldən düşmüş qara rəngli bir itləri vardı. Evin sahibəsi itin adını çəmən qoymuşdu. Bir gün çəmən qocalıb deyə qızın qardaşı cavan layka adlı bir it gətirdi və çəmənin yanına buraxdı. layka da ilk fürsətdə çəmən ilə boğuşdu. Çəmənin bu halını görən oğlan,yeni gətirdiyi iti ilə fəxr edirmiş kimi sevinc dolu baxışlarıyla ona baxıb gülümsəyirdi.Amma onun da bir canlı varlıq olduğunu düşünmür , sadəcə bu andan zövq alırdı.Çəmənin taqətdən düşüb yerə sərildiyini görən qızcığazın billur kimi göz yaşları axmağa başladı. Onun göz yaşlarına heç kəs əhəmiyyət vermirdi,nəhayət qardaşı laykanı çəkib apardı amma bu heç nəyi dəyişmədi çünki çəmən bir daha yerindən qalxmayacaqdı. Qızcığaz asta addımlarla çəmənə yaxınlaşaraq dedi: ölmə! mən səni çox istəyirəm ətrafında olan hər kəs qızı ələ salaraq gülməyə başladılar. O səni başa duşür ki?...Qız kimsəyə fikir vermədən əllərini uzadib iti yerdən qaldırmaq istədi amma gücu catmadı.Çəmən möhkəm sarsılmışdı sağ üzünü yerə qoyaraq xəfif-xəfif ağlayırdı qəmli gözlərinin dərinliyində sanki sahibinə etirazlar dalğalanırdı.O bəlkə də bir,iki il bundan sonra da yaşayacaqdı,amma günün sonuna qədər öldü.Qızın atası onu böyük daşın dibində basdırmışdı .
Çəmənin ölümündən sonra bu qızcığazın göz yaşları qurumadı.hər gün anasının öyrətdiyi fatihə və ixlas ( s)- ni bu daşın dibində oxuyub ağlayırdı elə bilirdi ki, bu dualar ona kömək olacaq elə bilrdi ki, çəmən onu eşidir. Böyüyəndə dərk etdi ki əslində heç sevmədiyi layka çəmənin ölümündə günahkar deyilmiş onun ölmünə səbəb olan elə insanlar imiş dualar da insanlar ın insan kimi formalaşmaları üçün göndərilibmiş.indi o böyük daş yerində deyil , amma xatirələr körpə uşaq kimi tap-tazə doğulmuş kimi yerindədir. Bir tək cavabsız qalan suallar var ki, o da çəmənin üzünü yerə qoyaraq axıtdığı göz yaşları?!
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ