Sezai Karakoçu tələbəlik illərimdə Türkiyədən olan tələbə yoldaşlarım tanıtdı mənə.İlk oxuduğum şeiri” Mona Rosa” idi.Şeiri gənc yaşlarında sevdiyi qadına yazıb.Çox bəyənmişdim bu əsəri,sevdiyim qadına mən də,belə bir şeir yazmaq istədim,lakin alınmadı.Çünki mən Sezai deyildim.Ancaq bu şeir mənim həyata baxışımı deyişdi və məndə Sezai Karakoç yaradıcılığına maraq yaratdı.
Sezai Karakoçun şeirləri sanki başqa dünyalardan xəbər verir.
Peygamber çiçeğinin aydınlığında ara
Sana doğru uzanan çaresiz ellerimi.
Sana doğru uzanan çaresiz ellerimi.
Bir gülün aydınlığında ,sevdiyinə əllərini uzadan yalnız və yalız Sezai karakoç ola bilərdi.Çox sevgi şeirləri oxumuşdum,ancaq o şeirlərdə sevgilinin qaşından,gözündən başqa bir şey tapa bilməmişdim.Sezai Karakoç isə fərqli idi onun bir qadına yazdığı şeirlərdə belə,başqa aləmlər vardı.O,sevdiyi qadının ruhunu sevmişdi,o ruhdakı sonsuzluğa açılan yolu görmüşdü.
İndi onun qar şeirindən bir misranı birlikdə anlamağa çalışaq:
Allah kar gibi gökten yağınca
Karlar sıcak sıcak saçlarına değince
Başını önüne eğince
Benim bu şiirimi anlayacaksın İlk baxışda anlamaq çətin görsənir bu şeiri,ancaq azca divan ədəbiyyatından anlayışı olan hər kəs görər burada şairin gördüklərini. Allah mələkləri yaratdı, mələklər qar dənələrini yerə endirməklə görəvləndirdi və o qar dənələri şairin sevgilisinin saçlarına toxundu.Qadın anladı bu dənələri mələklərin gətirdiyini və aşiqinin duası ilə Allahın göndərdiyini və ədəblə başını önünə əydi.Görürsünüzmü şeirdəki incə romantikanı.
Karlar sıcak sıcak saçlarına değince
Başını önüne eğince
Benim bu şiirimi anlayacaksın İlk baxışda anlamaq çətin görsənir bu şeiri,ancaq azca divan ədəbiyyatından anlayışı olan hər kəs görər burada şairin gördüklərini. Allah mələkləri yaratdı, mələklər qar dənələrini yerə endirməklə görəvləndirdi və o qar dənələri şairin sevgilisinin saçlarına toxundu.Qadın anladı bu dənələri mələklərin gətirdiyini və aşiqinin duası ilə Allahın göndərdiyini və ədəblə başını önünə əydi.Görürsünüzmü şeirdəki incə romantikanı.
Şair şeiri” Her şeyi beni anlayınca anlayacaksın” bitirir.Və məncə bunu təkcə sevdiyinə deyil həm də oxucularına deyir.Bəli onu anlaya bilsək inanıram ki,çox şeyi anlaya biləcəyik.
İndi şairin “sevgi” şeirindən bir misraya baxaq,birlikdə:
Ah benim sevgim çiçek örneği
Çarpılmışların kinini yeniler
Beni alnımdan vurmak ister
Saraların iftiraların gençliği
Çarpılmışların kinini yeniler
Beni alnımdan vurmak ister
Saraların iftiraların gençliği
Yenə sevgi,yenə çiçək.Bəs çarpılmışlar kimdir? Bu çiçəyə bənzər sevgi kimin nifrətini təzələyə bilərdi.Sezainin sevgisi namuslu,inanclı sevgi idi.O,sevgidə Allah vardı,vətən vardı,inam vardı.Ancaq bəzilərindən ötürü sevgi bədənlə məhdudlaşdığından,yataqla bitdiyindən əlbətdə bu təmiz sevgi onların nifrətini rəzələyəcəkdi.Onlardan ötürü heç bir əxlaq norması yoxdur və təbii ki,bu əxlaqı adı olan,yaradıcısı olan Allah da onlara bu işlərində əngəl olduğu üçün,Allaha da düşmən kəsilirlər.Və Sezai Krakoç bu insanları,bu gəncliyi iftiraların,xəstəliklərin gəncliyi adlandırır.
İndi bir zamanımıza baxaq,yenə də o gənclik,insanımızın əxlaqını korlamaq üçün işini davam etdirir.Bizə düşən isə Sezailərin izindən getmək,çiçək qoxulu sevgilərimizlə nifrətə,kinə qarş savaşmaqdır.Şairin “qara ilan” şeirindəki iki son iki cümləyə də nəzər yetirək;
Seni süt içmeğe çağırıyorum parmaklarımdan
Kara yılan kara yılan kara yılan kara yılan
Kara yılan kara yılan kara yılan kara yılan
Burada bir hədisə diqqət çəkir şair.Barmaqdan süd axması,o süddən içmək elim,bilgi ,mərifət əldə etməkdir.Yəqin ki,buradakı qara ilanlarıda hamı bilir,kimərdi onlar.
Və gələk sona,ən sevgiliyə.Gənclik illərində sevdiyi qadına şeirlər yazan şair bir zaman sonra sevgisini böyüdüb yardana çatır.
N qədərmi?
Sevgili
En sevgili
Ey sevgili
Uzatma dünya sürgünümü benim. Deyəcək qədər.Bu sözlərdən sonra söz demək ədəbsizlik olar.
En sevgili
Ey sevgili
Uzatma dünya sürgünümü benim. Deyəcək qədər.Bu sözlərdən sonra söz demək ədəbsizlik olar.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ