Orqanizmimizdəki möhtəşəm dizayn

Bu yazıya counter dəfə baxılıb

Bədənimizdəki daxili orqanların hər birindən sadəcə bir ədəd olmasında və bu orqanların uyğun yerlərdə yerləşdirilməsində qüsursuz tarazlıq hakimdir. Ağciyərin sağ tərəfinin üç, sol tərəfinin iki hissədən ibarət olmasının, ürəyin sol tərəfdə yerləşməsinin özünəməxsus rolu var. Mədə, dalaq və mədəaltı vəzinin solda, qaraciyər və öd kisəsinin sağda olması, ortadan yana doğru bir kvadrat formasında uzanan xaricdə qalın, daxildə incə bağırsaqların olması əslində asimmetrik yerləşməsinə baxmayaraq, daxili orqanların qüsursuz bir nizam içində sıralandığını göstərir. Uca Allah hər şeydə olduğu kimi bədənimizi də hikmətlə dolu incəliklərlə birlikdə yaratmışdır.
Daxili orqanlarımızdakı bu assimetriyanın qaynağının nə olduğu mövzusunda elm adamları uzun illərdən bəri araşdırmalar aparırlar. Bu elm adamlarından biri də Nice-Sophia Universiteti İnkişaf Biologiyası və Xərçəng Araşdırma İnstitutunun rektoru Stephane Nosellidir. Stephane Noselli apardığı araşdırmalarla embrionun bir neçə hüceyrəsinin səthindəki kiçik kirpiklərin bu assimetriyanın qaynağı olduğu nəticəsinə gəlmişdir.
Bəs kirpikli hüceyrələr körpənin inkişafının hansı mərhələsində və necə fəaliyyət göstərirlər?
Embrionun inkişafının ən erkən mərhələsi olan qastrulasiya dövründə (ilk iki həftə) körpənin bədəninin qarın hissəsində keçici kiçik çöküntü yaranır. Bu çöküntünün olduğu yerdə olduqca sıx bir şəkildə təxminən 200-300 kirpiklə əhatələnmiş hüceyrələrin bir araya gəlməsi ilə bir yumru meydana gəlir. “Hensen düyünü” adlandırılan bu hüceyrə yığını başlanğıcda simmetrik olan və kürəyin, qarnın, başın, ayaqların nəyə çevriləcəyinə sanki “qərar verən” embrionun simmetrik xüsusiyyətini pozmağa başlayır. Burada qəribə olan xüsusiyyət düyünü meydana gətirən kirpikli hüceyrələrin molekulyar quruluşunun klassik hüceyrələrin əksinə saat əqrəbi istiqamətində fırlanmalarıdır.
Düyünü meydana gətirən kirpiklə əhatələnmiş hüceyrələrin hamısı saat əqrəbi istiqamətində, sola doğru hərəkət edirlər. Bu qeyri-adi vəziyyət elm adamları tərəfindən “düyünlü axın” olaraq adlandırılır. Məhz kirpiklərin fırlanarkən meydana gətirdikləri bu axın embrionu assimetrik formalaşdırmaq məqsədilə onun soluna gizli bir siqnal göndərir. Burada düşünmək lazımdır ki, bu siqnalı göndərən kimdir?
Niyə düyünü meydana gətirən kirpikli hüceyrələrin molekulyar quruluşu klassik hüceyrələrdən fərqlidir?
Elm adamları bu prosesi izləyir, lakin hüceyrələri bu şəkildə hərəkət etdirən səbəbi izah edə bilmirlər. Halbuki bu sualın cavabı çox aydındır. Çünki bu, göyləri və yeri bənzərsiz yaradan və insanı yaratmağa bir dam sudan başlayan Allah`ın üstün yaratmasının bir əsəridir. Bir Quran ayəsində belə buyurulur:
 “Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir.” (Yasin surəsi, 77)

Nərminə Kərimzadə
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ