
Səməd Vurğun içəri girdi. Mir Cəfər Bağırov onunla görüşdü və soruşdu:
”Niyə yeni bir şey yazmırsan?”.
Səməd Vurğun qollarını açdı: “Vallah, ilham gəlmir, adamın əlləri...”.
”Əlləri işlətmək lazımdır”, - Bağırov onun sözünü kəsdi, sonra da xəbər aldı: “Niyə sən özünə Vurğun təxəllüsünü götürmüsən, başqa ad qəhət idi?”.
Səməd Vurğun eşq macərasını nəql etməyə başladı.
Mir Cəfər Bağırov birdən səsini ucaltdı: “Bəs deyirlər, sən Vurğun təxəllüsünü simvolik götürmüsən. Əslində, türklərə, Türkiyəyə vurğunsan”.
Səməd Vurğun cavab verdi: “Yalan deyirlər. iftiradır”.
Xeyli söhbətdən və izahatdan sonra Bağırov dedi: “Get, ağlını yığ başına, yaz”, - əli ilə stolun üstündəki qovluğa işarə etdi, - “bu, sənin haqqında yığılan materialdır. Hər şey hazır idi. Bircə mənim imzalamağım qalmışdı. Qol çəkmədim. Qərara gəldim ki, əvvəl səninlə danışım. Get, yaz-yarat”.
Səməd Vurğun ayağa durub dedi: “Yoldaş Bağırov, siz Səmədə bir köhlən at verdiniz, qol-qanadını açdınız. Gedirəm yazmağa. Özünüz görərsiniz”.
Araz Vəliyev
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ