Gənc Şair İlkin Abbas yeni layihəsini təqdim etdi. Layihə əsasında hər həftənin şənbə günü hər şairin həyat və yaradıcılığından müsahibə alınaraq onu oxuculara daha da yaxından tanıdacaqdır. İlk qonağımız isə Günay Ümid oldu... Həmin müsahibəni sizlərə təqdim edirik
("SİZİ YAXINDAN TANIYAQ") Rubrikasının ilk qonağı Günay Ümiddir.
______________________________ ______________________________
______________________________
- Salam Günay xanım. Öncəliklə təklifimizi qəbul edib, "Sizi Yaxindan Taniyaq" rublikasının qonağı olduğunuz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Günay Ümidi bir iki cümlə ilə tanıyaq.
Günay Ümid:
- Təqdimatı sevmirəm, məncə şairi şeirləri tanıtmalıdır. Amma hər halda sizə mütləq təqdimat lazımdırsa, sadəcə Günay ÜMİD.
- Ədəbi-bədii yaradıcılığa neçənci ildə və hansı əsərlə başlamısınız?
Günay Ümid
- Mən çox kiçik yaslarımdan yazıram , xatırladığım 5-ci sinifdən ədəbiyyat nəzəriyyəsini öyrənməyə başadım və daha düzgün texnika ilə yazmağa başladım, o vaxt yazdıqlarıma əsər də demirəm, sadəcə təlabat.
- Günay Ümidi şeiriyyata bağlayan nədir?
Günay Ümid
- Qəliz sual oldu, çünki bu barədə heç vaxt düşünməmişəm.Bu suala şablon, sıradan cavab verə də bilərdim, amma həqiqətən sual məni düşündürdü))). Cavabını tapsam bunu mütləq sizinlə haçansa bölüşəcəm.
-Azərbaycan ədəbiyyatının bu günkü vəziyyəti sizi qane edirmi?
Günay Ümid
- Bu sualla çox qarşılaşıram, biz həmişə "yox" deməyə öyrəşmişik. İncəsənət Universitetində oxuduğum vaxtlarda müşahidə elədiyim bir şey var idi. Bizim köhnə filmlərdən danışılanda nəzərimi xaricdən gətirilən baş rol oyunçuları çəkirdi, halbuki, bizim çox istedadlı aktyor, akrtisalarımız vardı. Məncə ədəbiyyata da belə yanaşırıq. Məncə "söz bazarına" çıxarılası keyfiyyətli sözümüz və yazarlarımız var. Bu həmişə belə olub, sadəcə biz itirəndən sonra heykəl ucaldan xalq olduğumuz üçün bunu görməzdən gəlirik.
-Gənc şairlərdən daha çox kimləri oxuyursunuz? Ümumiyyətlə, oxuduqlarınız varmı?
Günay Ümid
- Mən demək olar ki, hamını oxuyuram, adlarını çəksəm, çox olar.
- Gələcəkdə "əsl Azərbaycan Şairi" ola biləcək "Gənc yazarlar" dan görəbildiyiniz varmı?
Günay Ümid
- Əlbəttə var, Aqşin Evren, Şahinə Könül, Elçin Aslangil, Ruslan Dostəli və sair, siyahını uzatmaq olardı...
-Sevgi şeirlərinə daha çox üstünlük verirsiniz yoxsa digər mövzularda olan şeirlərə?
Günay Ümid
- Mən adətən fəlsəfi şeirlər yazıram, amma Türk şairi Müzaffer Tayyip Uslu demişkən "aşk şiirin bahanesidir".
- Ən çox sevdiyiniz seir hansıdır, hansı şairin şeirlərini daha çox oxuyursunuz? ( Söhbət Azərbaycan Xalq Şairlərindən gedir).
Günay Ümid
- Bu qəbildən olan sualları heç sevmirəm, cünki mən şairləri yox, şeirləri sevirəm. Yəni bir şairin şeri xoşuma gələ bilər, amma bu o demək deyil ki onun yaradıcılığı mənim xoşuma gəlir. Bu bir az da zövq məsələsidir.
-Şeiriyyatda üzləşdiyiniz haqsızlıqlarla necə mübarizə aparırsız ?
Günay Ümid
- Əvvəllər bu məni çox üzürdü, indi isə deyəsən bərkimişəm, sadəcə üstündən keçirəm. Heç məni narahat da eləmir. Qızıl yeganə metaldır ki, o qaranlığı sevir, amma zaman keçdikcə üzə çıxır.
- Sizcə həqiqətənmi sevgi yaşa baxmır?
Günay Ümid
- Sevgi var ki? Onu biz uydururuq. Hisslərimizə nə ad verəcəyimizi bilməyəndə adını sevgi qoyuruq və məncə sual belə olmalıydı : "Hisslər yaşa baxmır? Məncə hissin yaşı olmur.
-Günay Ümidin həyatında ən böyük uğuru nə olub ?
Günay Ümid
- Ədəbiyyatda , yoxsa həyatda ?
- Hər ikisində.
Günay Ümid
- Açığını desəm, heç bir uğuruma ürəkdən sevinə bilməmişəm. Hər şeyi çətinlikdə əldə etdiyimdən,mən uğura nail olanda artıq o mənim gözümdən düşüb.Tam səmimi sözümdür. Həyatdasa ən böyük uğurum övladlarımdır.
- Məncə sonuncu cümlə elə ən böyük uğurunuzdur.
Günay Ümid
- Bəlkəsiz
- "Yaşamağı öyrənəndə" şeirlər kitabınızın işıq üzü görməsi haqqında məlumatımız var. Başqa kitabınız və ya kitablarınız varmı?
Günay Ümid
- Mən heç vaxt düşünməmişəm ki kitab şair üçün meyyardı, mən həmişə kitaba seirlərim toplusu kimi baxmışam, yəni hansısa bir şeir məclisinə gedəndə əlinin altında dəftər əvəzinə kitab ola bilər. Bir də həmişə o düşüncədə olmuşam ki "yaxşı sairin kitabını çıxararlar, özü çıxarmaz". Çox şükür ki, məndə də belə alındı. Hələki, bir müddət şeir kitabı haqqında düşünmürəm, hekayələrin, esselərin toplusunu gələcəkdə qismət olsa, nəşr etdirərik.
-Sonda oxucularınıza nə söyləmək istərdiniz?
Günay Ümid
- Məni az oxusunlar, xüsusən də depresiyaya meyilli oxucularım. Sizə də təşəkkür edirəm)))
- Gözəl şeirlərinizdən birini bizimlə və oxucularınızla bölüşməyinizi istərdik
Günay Ümid
- Yarımçıq şeir
Başım bədənimə bir yükdü elə,
Günah mələkləri çiynimdən dərdi.
Haqqın ödəməyə zamanım da az,
Allah, tərəzidə az çək bu dərdi...
Günah mələkləri çiynimdən dərdi.
Haqqın ödəməyə zamanım da az,
Allah, tərəzidə az çək bu dərdi...
Hələ yaşanmamış uşaqlığım var,
Tanri, qurtar məni bu qürurumdan
Qatla yazılmamış şeirlərimi,
Quş düzəlt, uçurum uçurumumdan.
Başını qatmışam şeirlərimin,
Hünərim gizlənib varağın altda.
Çoxdandır özümə boylanmaq üçün
Özümü qoymuşam ayağım altda.
- Həmsöhbət olduğunuz üçün sizə dərin minnətdarlığımı bildirir, Daha da böyük yaradıcılıq uğurları arzulayıram.
Günay Ümid
- Təşəkkür edirəm .
-Bəli, əziz oxuyucular. Bu həftənin qonağı Günay xanım Ümid oldu. Növbəti buraxılışımız gələn həftənin Şənbə günü olacaq. Görüşənədək.
Həmsöhbət oldu : Gənc şair (_____"""İLKİN ABBAS"""______)
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ