NÜMUNƏVİ SİNİF

Bu yazıya counter dəfə baxılıb
Akif ABBASOVUN TƏRCÜMƏSİNDƏ                                               
 Herbert Komoklidze


(hekayə)
-Salam, uşaqlar. Bu gün rayon xalq maarif şöbəsinin inspektru Mariya Panteleymovna Stupakova bizim qonağımıdır. Dünən sinfimiz ən yüksək ada – “nümunəvi sinif” adına layiq görülüb. Mariya Panteleymovna işimizlə tanış olmağa gəlib. Bizim göstəricimiz əladır… Vitya, qabaqdakı partaya – Olqa Skvartsovanın yanına keç. Sənin yerində Mariya Panteleymovna əyləşəcək…
İndi isə əsas məsələyə keçək… Bəli, bəli… Buyurun. Salam, Saveli Lvoviç… Uşaqlar, bu gün dərsimizdə iştirak edən ikinci şəxs vilayət xalq maarif şöbəsinin inspektoru Saveli Lvoviç Dudikdir. Tanya Fateyeva, yerini dəyiş. Qoy Saveli Lvoviç Mariya Panteleymovnanın yanında otursun. Nə dedin, Tanya? Boş yer yoxdur? Nə danışırsan? Olmaz üçünüz oturasınız? Borya, Sveta, sıxlaşın. Bir az da. Bax, belə…
Deməli, bu günkü dərsimizin mövzusu… Yoldaşlara mane olmayın, qapını örtün, görürsünüz ki, dərs gedir. Siz də buraya gəlmisiniz? 5 nömrəli məktəbin müəllimlərisiniz? Təcrübə mübadiləsinə? Neçə nəfərsiniz? İyirmi üç? Nə etməli, bir halda ki, gəlmisiniz, keçin. Sağ cərgədə oturan uşaqlar, sol cərgəyə keçin. Bəli, olar… Dörd-dörd də, beş-beş də oturmaq olar. Hamı yerləşdi? Ancaq xahiş edirəm, sakit oturasınız.
Deməli, dərsə başlayırıq… Bəs siz kimsiniz? 6 nöməli tikiş fabrikinin işçiləri? Hami təşkilatın nümayəndələri? Axı, bizim başqa hami təşkilatımız var. İndi sizsiniz? Çox əcəb. Sexin hamısı gəlib? Nə deyirəm ki, buyurun. Oğlanlar, xahiş edirəm, sinifdən çıxasınız. Tənəffüsə kimi dəhlizdə gözləyin. Tikişçi yoldaşlar, oğlanların yerini tutun. Xahiş edirəm, mümkün qədər tez…
Deməli, harada qaldıq?.. Yoldaşlar, sizdə buraya gəlmisiniz?                                                                   Hansı kolxozdan? “İşıqlı yol”dan? Hay-küy salmayın. Növbə ilə daxil olun. Qızlar, yerinizi kolxozçu yoldaşlara verin. Özünüz isə dəhlizə – oğlanların yanına, marş! Uzağa getməyin. Orada gözləyin.
Hamı əyləşdi? Elə isə dərsi davam etdirək… Paho… Görün, kimlər təşrif gətiriblər. Bizim əziz qonaqlarımız. Bəli, bəli, gəlişinizdən xəbərimiz var. Bu gün zəng vurmuşdular. Əziz yoldaşlar, tanış olun: xanım Jozefina                                                                                                                                      Puatye və cənab Arçibald Sfinks. Onlar xarici ölkədən ona görə gəliblər ki, bizim nümunəvi sinfimizi görsünlər. “İşıqlı yol” kolxozundan olan yoldaşlar, yerinizi xanımla cənaba verin. Heç nə olmaz. Bir az sıxlaşın. Siz isə, yoldaşlar, nədən sıxılırsınız? Üç-üç oturun. Onsuz da bu saat xaricilərdən ibarət nümayəndə heyəti gələcək və siz dəhlizə çıxmalı olacaqsınız. Dəhlizdə siniflə daha yaxşı tanış olub onun nümunəvi sinif olmaına inanacaqsınız. Əminəm ki, dərsin qurtarmasını gözlədikləri üçün uşaqların heç biri evə qayçmayıb.
Budur, zəng çalındı. Xudahafiz, cənablar və yoldaşlar! Sizə uğurlar diləyirik! Gələn görüşlərədək!!! 

                          Tərcümə edəni:
                   Akif ABBASOV




Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ