Aynur Ələsgərova- Qaçıb gizlənərsən

Bu yazıya counter dəfə baxılıb

 Qaçıb gizlənərsən hər kəsdən birdən
Kimsə istəsə də tapmasın səni
Gizlənib hamının dediklərindən
Görüb deməsinlər dəyişdiyini
Nə təəccüb etsinlər, nə acısınlar
Mənfur baxışlara rast gəlməyəsən
Istər ən pisindən lap yaxşısından
Mənasız sözləri eşitməyəsən
Məsləhət verənin olmaya da heç
Özün öz başına çarə tapasan
Doğmalar, əzizlər, qohumları keç
Hamıyçün bir anda başqalaşasan
Çalışsan, alınsa uzaqlaşmağın
Bax onda düzələr yoluna düşər
Faydası da olar danışmaqların
Boşuna deyilmiş, həyat dəyişər
Boşuna deyilmiş bütün bu çaba
Çəkdiyin əziyyət , gördüyün işlər
Fərqlidi görəcən bu gündən sabah
Səbrli davransan, inansan əgər…
13 sentyabr saaat ... 17-46.

Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ