Tural Sahab- Hər şey səni xatırladır

Bu yazıya counter dəfə baxılıb
Hər şey səni xatırladır
həyat da, ölüm də
həyət bacanı qucaqlayan siqaret kötükləri
ürək ağrısı, qan təziqi
ən soyuq ümidsizliklər
ən içdən ümidlər
ən zəif şeirlər
ən poetiq ağrılar
və kabuslar
məsələn uşaq səsi, üzük barmağı
məsələn görüşə gedən utanqac bir qızın
qızaran yanağı
ürəyindən başqa heç nəyi olmayan
bir şairin, ürəyinə çəkdiyin dağı
azular ölkəsinin Aran, yaylağı
hər şey səni xatırladır
Günəşin üsyanı
çiyələk qolu
hər ayın üçü
baxışlarımın qoçu
mən, belə səni xatırladır
baxıb görənlərə
yaşarkən ölənlərə
ən gözəl hekayələr
ölümlə bitir
barmaqlarımın ucunda
ömür kitabımın
ilk səhifəsi və sonunda
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ