Akif
ABBASOVUN TƏRCÜMƏSİNDƏ
Zurxan Qemazaşvili
Gürcüstan
(hekayə)

- Niyə boşanırsınız?
Qadın:
-
Ona görə ki, futboldan savayı bir şey görmür, sözü-söhbəti futboldur, - deyə
hirsli gözlərilə ərinə işarə etdi.
Hakim
təəssüflənərək gəncləri süzdü:
-
Nə vaxt evlənmisiniz?
Qadının
gözləri yaşardı:
-
Ondan soruşun, - dedi. – Yəqin heç xatırlamır da...
Kişi ah çəkdi:
-
Başlandı da... Necə xatırlamıram? Həmin gün 1:0 hesabı ilə
«Spartak»a qalib gəlmişdik.
Hakim
diqqətlə kişiyə baxdı, sonra qadına müraciətlə soruşdu:
-
Uşağınız var?
-
Hə, bir oğlumuz var… - onun sifəti işıqlandı.- Bir ondan xəbər alın görək oğlu olduğunu
bilir, ya yox.
Kişi
qaşqabağını tökdü:
-
Yenə öz bildiyindən əl çəkmir... Oğlumun
noyabr ayında anadan olduğu gün heç yadımdan çıxar? Həmin gün biz Moskva
dinamoçularını 5:1 hesabı ilə udduq. Bax, buna deyərəm yarış.
-
İlk mübahisəniz nə vaxt düşüb?
-
Yeddi il əvvəl. Eh, yaman uğursuz il idi. Birinci yerə çıxmağa imkanımız olduğu
halda iyulun 14- də «Zenit»ə 2:1 hesabı ilə uduzduq. Gözlənilmədən paytaxt
dinamoçuları 2:1 hesabı ilə bizi məğlubiyyətə uğratdılar. Hər iki topu Çislenko
vurdu. «Şaxtyor»la heç-heçə oynadıq.
Qadın
mənalı-mənalı:
-
Eşidirsiniz? - deyib yaylığını çıxartdı.
Hakim
soruşdu:
-
Bəs necə tanış olmusunuz?
Qadın:
-
Görüm o günü lənətə gəlsin! - deyə ah-uf elədi. – İşin tərsliyindən biz elə
stadionda tanış olmuşuq…
Kişi
söhbəti davab etdirdi:
-
Hə… Hə… stadionda. Yaman oyun gedirdi. «Dinamo» (Moskva) – «Dinamo» (Tiflis ). Oyun 2:1 hesabı ilə bizimkilərin xeyrinə
qurtardı. Topları Metreveli ilə Mesxi vurdular. Lap əjdaha kimi oynayırdılar.
Mişa Mesxi topu qapının sol tərəfindən vurdu, Belyayev sıçradı…
Hakim
yumruğunu stola çırpdı:
-
Əvvəla, həmin topu Mesxi başı ilə qapıdan keçirdi, ikincisi qapıda Belyakov
deyil, Lev Yaşin durmuşdu. Üçüncüsü, sizi boşamayacağam… Sənin heç futboldan
başın çıxmır. Hələ bir azarkeşlik də edirsən. İndi isə, arvadını da götür, birbaşa
evə get. Futboldan əməlli-başlı xəbərdar olmayınca gözümə görünmə…
Çaşıb
qalan, utandığından qıpqırmızı qızaran kişi arvadının qolundan tutub qapıya
sarı yönəldi. Gənc ər-arvad çıxıb gedəndən sonra hakimdən soruşdum:
-
Sən futbolu, doğrudan, belə gözəl bilirsən?
Hakim:
-
Açığı, futbol haqqında təsəvvürüm belə yoxdur, - dedi.
-
Bəs Lev Yaşin barəsində dediklərin?
- Futbol
aləmində Yaşin tanıdığım yeganə soy addır. Kiçik bir tamaşa göstərməyə məcbur
oldum. Bir-birinə yaraşan o iki gəncin ayrılmasını istəmirdim.
Tərcümə edəni:
Akif ABBASOV
E-mail:
prof.akif@mail.ru
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ