Şeirlər doğulacaq
ayrılıqların kölgəsində
körpə kəfənlərində
və boğulacaq sevgi və həyat
insanlığın qəfəsində
uşaqlar balaca qurşunlarla öləcək
xəyallarında
xəyallarında bitirəcək sevənlər qanlı savaşları
Gülə, bir daha yazılmayacaq ezgilər, öykülər
Bülbülün yerini postmodern Qarğalar tutacaq
Şeirlər gül kimi baş qaldıracaq torpaqdan
gül kimi başlar düşəcək torpağa
Şeirlər boğulacaq bir gün
sevgisiz urqanlarda
şeirlər doğulacaq bir gün
səssiz burulğanlarda

***
Mən şəhidəm- nə gərək var, üzərimə qoylan daşlara
Mən şəhidəm- nə gərək var, arxamca axıdılan yaşlara
Bir uşaq gülər, dirilərəm onun təbəəssümündə
Dalğalanar bayrağım rüzgarın qoynunda
görünərəm, mən- qırmızısında, göyündə, yaşılında
şeirlərdən gülümsəyər azadlığım
sevgilərdə yaşayar bayrağım
mən şəhidəm
mən şahidəm
sevgilərə
şeirlərə

Tural Sahab
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ