
soyunub atacam səni əynimdən.
yuyacam könlümün hər tikəsini
təki bir xatirə qalmasın səndən.
bir gün ayılacam qış yuxusundan
aylara, illərə peşman olacam.
boşuna yaşanmış xəyallarımı
özüm öz əlimlə yola salacam.
aylara, illərə peşman olacam.
boşuna yaşanmış xəyallarımı
özüm öz əlimlə yola salacam.
bir gün cağıracam ümidlərimi
səndən əllərini üzüb,
gəlsinlər.
nə vaxtdı yanında əsir düşüblər,
izn ver, yanımda gəlib ölsünlər.
səndən əllərini üzüb,
gəlsinlər.
nə vaxtdı yanında əsir düşüblər,
izn ver, yanımda gəlib ölsünlər.
bir gün utanacam şeirlərimdən
sevgimi aşkara, ələ verdilər.
mələylər,
şahlara layiq könlümü
götürüb bir qara qula verdilər.
sevgimi aşkara, ələ verdilər.
mələylər,
şahlara layiq könlümü
götürüb bir qara qula verdilər.
bir gün düşəcəyəm yadına əlbət
həmin gün günlərin geci olacaq.
ürəyin bir həzin yaz yağışında
mənim varlığımı xatırladacaq.
həmin gün günlərin geci olacaq.
ürəyin bir həzin yaz yağışında
mənim varlığımı xatırladacaq.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ