Uşaqsız gəlinlərə

Bu yazıya counter dəfə baxılıb

Üzümə vurma, ay uşaq,
Üzüm tökülür yerə.
Toz basmışdı ürəyimi üstünü,
Tozum tökülür yerə.
Allah məni elə seçdi,
Gəlinlərin arasında.
Mənim evlad payım gəlməz,
Gələnlərin arasında.
Göydə külək uğuldayır,
Buludlara layla çalır.
Mən yazığın dili çönüb,
Laylanı da vayla çalır.
Üzümə vurma, ay uşaq,
Üzüm tökülür yerə.
Ağlayıram gözlərimdən
Oğlum, qızım tökülür yerə.

Xəyalə Sevil
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ