Kürsüyə
dirsəklənərək kilsənin hazırki
vəziyyətini düşünən Yepiskop
dərin düşüncələrə dalmışdı
. Köməkçisi İosif də
qayğılı görünürdü .
İnsanlar kilsədən uzaqlaşmışdılar . Nə-ticədə kilsə gəlirlərindən məhrum olmuş , çətin anlar
yaşamağa başlamışdı və
indi İosiflə yepiskop
məlum vəziyyətdən çıxış yolları axtarırdılar . İnsanları yenidən kilsəyə qaytarmaq lazım idi .
Yepiskop gənc tələbəsinə söylədi :
-
Övladım , bəşəriyyəti idarə edən
yeganə qüvvə qorxudur . Bəşər övladı yalnız
qorxduğu Varlığa sitayiş
edir . İbtidai insan heyvandan
və oddan qorxduğu
üçün onların
İlahi varlıq olduğunu
zənn edirdi . Şəhər əhalisi
əmin olmalıdır ki , yepiskopun
vücudunda İsanın ruhu yaşayır
və o , Tanrının hökmündədir.
İosif , axmaq başını heç olmasa bircə
dəfə işlət .
Bir neçə gün düşündükdən sonra yepiskopun
hüzuruna gəldi , təzim etdi, şən
halda təklifini bildirdi : - Biz
sizin bədəninizdə çarmıxların izlərini
– stiqamataları yaratmalıyıq , o zaman insanlar bizə inanacaq , təşvişə düşəcək
, yenidən kilsəyə qayıdacaqlar . Əmin olacaqlar ki , sizi Tanrının oğlu
- İsa göndərib . Yepiskop
xeyli düşündükdən sonra təklifi qəbul
etdi , lakin bədəninin zərər çəkməsini
istəmirdi Xalqa Tanrının sözlərini söyləyən , onları əzabdan
qorxmamağa çağıran
yepiskop indi özü əzab çəkməkdən qorxurdu . Tibbi vasitələrdən istifadə edərək yepiskopun əllərində və ayaqla-rında
stiqmataya bənzər yaralar
yaratdılar . Lakin bu , yetərli deyildi . Hadisələrin mahiyyət gücünü
bir az da artırmaq lazım idi . Məryəm ananın mikroheykəlindən
faydalı şəkildə istifa-də etmək olardı
. Gənc İosifin fikrinə görə heykəl
qan ağlamalı idi . bu , insanları daha çox
qorxuda bilərdi .
***
Yepiskopun və köməkçisinin olmadığı zamanlarda kilsə xadimləri bir yerə yığılıb, bu təhlükədən necə xilas olacaqlarını
düşünürdülər. Nəhayət ki, Noterdamın
kanburuna oxşayan orta yaşlı rahib çıxış yolu tapdı .
Yepiskopa iftira atılacaqdı ki, İsa olmadığı halda, özünü Məsih kimi təqdim
edir. Daha sonra onu çarmıxa çəkəcəkdilər
və beləliklə Tarix təkrarlanacaq, yenə də İsadan xilas olacaqdılar. O öldükdən
sonra isə səhvlərini anlayıb, tövbə edəcək, İsanın heykəli önündə göz yaşları və
dualarla Tanrıya yaxınlaşacaqdılar.
Kilsənin pulla tutduğu
adamlar bu yalanı hər yerdə yaymağa, danışmağa
başladılar. Onla-ra inanan da oldu, inanmayan da, ancaq inanmayanlar
da susdular – O, İsadır. Yalan demir - demədilər. Bu da inanmayanlara güc
verdi. Artıq Yaşlı Yepiskop və İosif kilsəyə gələ bilmir,
hətta küçəyə belə çıxmırdılar qorxularından. Bu işin içindən necə çıxacaqlarını
anlamırdılar Kəsilmə zamanını gözləyən
qurbanlıq quzu kimi sakitcə gözləyirdilər. Və nəhayət bir sabah qapı döyüldü, qəzəbli
kütlə Yepiskopu alıb, şəhərin kənarına apardı. Xüsusi hazırlanmış böyük xaça
mismarladılar, qara zəncirlərlə möhkəm bağladılar. Bir neçə silahlını da, kimsə onları
xilas et-məsin deyə nəzarətçi qoydular. Yepiskop günün altında inləyə- inləyə bir həftəyə
dəhşətlə can verdi. Bu zaman müddətində Məryəm ana heykalının içindəki qan da axıb qutarmışdı. Kilsə zəngləri həsrətində
olduğu zəfər nəğməsini ifa edə
bilmədi .
.Müəlliflər : Tural Sahab ,
Nicat Həşimzadə
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ