Dinamofon susdu: "Yoldaş Stalin dünyasını dəyişdi" - GİZLİ TARİX

Bu yazıya counter dəfə baxılıb

Dinamofon susdu: "Yoldaş Stalin dünyasını dəyişdi" - GİZLİ TARİX

18 May 2014 - 21:55       Oxunub: 247 dəfə

Molla oğlu komsomol
                           
Məmmədov Əliabbas Abbas oğlu  1921-ci ildə Ucarın Rəstəcə kəndində dünyaya göz açır.

Orta təhsildən sonra Əliabbasın yolu Bakı partiya məktəbinə düşür.

 Babaları QULAQ  elan edilib, var- dövləti  əlindən alınan Əliabbas (Ata babası Hacı Adgözəl bəy tanınmış bəylərdən biri olub. Ana babası Yüzbaşı  Süleyman bəy olub.)sonralar 2 illik partiya məktəbini  də bitirir.

Göyçayda yerləşən  Komsomol partiya təşkilat katibliyinin məsul  işçisi işləməyə başlayır.

Nəhayət, hər şey  müharibənin başlaması ilə dəyişir.

Əliabbas 1941-ci ildə 416-ci Taqarnoq divizyası ilə Gürcüstana ordan Rusiyayanın müharibə gedən bölgələrinə yollanır.

4-cü tank diviziyasında döyüş yoluna başlayır. Belorusiya cəbhəsinin qanlı döyüşləri  zamanı 1944-cü ildə ağır  yaralanır və Leninqradda qospitalda müharibəyə daha yaramadığı üçün ezam edilir.

1-ci dərəcəli müharibə əlili kimi  vətəninə dönür. Atası Molla Abbas vaxtilə tacir olsa da öz var-dövlətini kasıblara paylayıb yaşadığı kənddən çıxır və  Ucar dəmir yolu stansiyasının yaxınlığında qamış  ev tikir və mollalığa başlayır.


Əliabbas ı katib olur


Elə bu vaxt  müharibədən yaralı qayıdan Əliabbas atasının qarğı evində məskən salır. Günlərin birində Mərkəzdən onun adına əmr gəlir:  Komosomol partiya təşkilatının 1-ci katibi  təyin edilir.

Mühairbə başa çatsa da , az sonra cəmiyyətdə ikinci repressiya dalğasına start verilir.

Qələbədən bir neçə ay sonra  Əliabbas kabinetində oturduğu vaxt  otağa 3 nəfər daxil olur.

Qara şlemdə olan şəxs   ona rus dilində "dur, aparmağa gəlmişik səni" -deyir.

Əliabbas bu işin səbəbini  öyrənməyə çalışsa da "adım Viktordur" deyən adam baş idarənin göstəriş var deyib onun  qoluna qandal taxır və maşına əyləşdirib aparırlar.


Bağırovla  görüş


"MK binasına pilləkənlərlə qalxırıq , gecə saat 3 olar, qapının arxasında dayanırıq, iki nəfər  qolumdan tutur , Viktor isə otağa daxil olur.  Bayırda dəhşətli  külək əsir  ailəmlə vidalaşa bilmədiyimə, ağsaqqal atamdan xeyir- dua ala bilmədiyimə görə çox məyusam.Viktorun səsi məni düşüncələrdən ayırdı.

O deyirdi:  "İcazə olar, yoldaş Bağırov"

 İçəridən səs gəlir:Gətirdiniz?

 -Bəli,- deyə cavab verir,

Məni otağa salırlar. Yoldaş Bağırov" heç dəyişilməyib" eynəyinin altından mənə baxaraq deyir.0

- Mamedov, əyləş.

-Bunlarlamı?-  qandalları göstərdim.

-Açın əllərini!

 Və məni gətirənlər otağı tərk etdi.

-Mamedov, sən yaxşı  yoldaşsan, fəal işçisən, müharibədə şücaətlərin çox olub.Gördüyün Viktor Moskvadan məhz sənin arxanca gəlib.  Şəxsi işimi açıb qarşısına qoydu.

- Səbəb nədir, yoldaş Bağırov?

 Susdu...dərin baxışıyla eynəklərini çıxarıb oturacağa söykəndi və "ATAN"- deyə cavab verdi.

 -Nəsə olub atama?

-Yox atan  molla olduğuna görə səni həbs etmişik.Molla övladı və komsomol -bu, məntiqsizdir.

-Yoldaş Bağırov,  Molla Abbas  mənim atamdır,ona görə  canımdan keçməyə  də hazıram , amma atamdan keçmərəm, əmrinizi gözləyirəm cəza nədir hazıram.

Bağırov dərhal ayağa qalxdı.

- Əliabbas, sənin iki yolun var: işindən imtina et  ya atandan imtina et!

 Çox düşünmədən qəti qərar verdim : qol çək çəkdim vəişimdən  azad olundum.

Ucara geri döndüm.

Atama kömək etməyə başladım.

 Dəmir yolunun yaxınlığında yaşadığımıza görə həmişə qatarların qabağına gedərdim.

Sahibsiz, yiyəsiz meyit olan kimi  dəfn  işini üzərimə götürür, maddi hesabımızla atam Molla Abbas mən və bizə qoşulan bir neçə nəfər  o insanları dəfn edirdik.

Validəyinlərini itirmiş uşaqları evimizə gətirərdik,  anam onlara paltar tikər, yemək verər yola salardı.

Mən isə Stalin həyatda olduğu üçün Moskvaya oxumağa gedə bilmədim.

Baxışları insanın ürəyini qopardan,dələn Bağırov məni azad buraxdığına görə hamı heyrətə gəlir və bunu mənə deməyə belə qorxurlar.


Stalinin ölümü xoşbəxtlik gətirdi


1953-cu ilin  soyuq  günlərinin birində  küçədə oxuyan  dinamfonlar birdən  susdu və elan verildi: "Bu gün yoldaş Stalin dünyasını dəyişib".

İçimdə bir sevinc olsa da üzümdə kədər yarandı. Ürəyimdəki qəfəsin içində represiya, sürgün və ölüm qorxusu dolu olan bir bayquş uçdu.İnanırdım ki atamın duaları məni bu qorxu-təlaşdan bir gün azad edəcək".

1953- cü ilə qədər işsiz gəzən Əliabbas Stalinin ölümündən dərhal sonra yenə öz işinə, tutduğu vəzifəsinə qayıdır.

2007- ci ilin iyunun 1-ə qədər (Vəfatınadək ) Ucar rayonunda Böyük vətən müharibəsi əmək və mübariz Qarabağ veteranlar şurasının sədri kimi çalışır.

(Yazının əvvəli http://publika.az/p/19170)

(Davamı var)


Əziz Əlibəyli
Share on Google Plus

"eqoist": eqoist.net

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ