Erotika dərsləri

Bu yazıya counter dəfə baxılıb
               
                             

Bir sevgilisi olan qadın mələk , iki sevgilisi olan qadın iblis , üç sevgilisi olan qadın isə normal qadındır .          (  Viktor  Hüqo )

 Dəli payız  rüzgarı  kimi  olur  gözəl qadınlar . Bir andaca gələr , heç gözlə-mədiyin  halda  gedərlər . ( Cəhənnəmə getsinlər ) İntim  münasibətlərdə çözülməz  nöqsanları olar  gözəl  qadınların . Sevdiyin qadın  ehtiras krali-çası olsa da , yataqda  sənə  möhtəşəm  duyğular yaşatsa  da , ehtiras  bu-rulğanında  səni  əritsə  də  gözlərin hər zaman gözəl qadın axtarar . Çünki sevdiyin qadın bezdirər səni . Doyarsan ondan , yenilik eşqində çırpınarsan Erotika dərslərində zəif olsa da  ayrılmazsan  gözəl qadından . Yanında ol-masından qürur  duyarsan , digər kavalerlərə  acıq verərsən .
Sevdiyin  qadınsa  inanar hər zaman səmimi olduğuna . Onu aldatdığını  düşünməz . Sənin başın gözəl qadının döşləri arasında uyuyan zaman səni sevən qadın  ətrini duymaq üçün  köynəyini  qucaqlayar . Gözəl qadına ba-halı hədiyyələr alarsan , gənc  məşuqunu sənin pulların hesabına oxudar , sən xəyanət etdiyin kimi  o da sənə xəyanət edər . Evindəki qadın axşam  yeməyini hazırlayar , sevinclə  süfrə bəzəyər , həvəslə  ərini gözləyər . Na-har süfrəsinə əyləşməz  sən evə  gəlməyincə . Axmaq  ağlınla  dərk etməz-sən onun  fədakarlığını . Övladlarının anasını  satarsan  vəhşi  ehtiras  duy-ğusuna . Oğlun illərlə  eyni  ayaqqabıları  geyinər , qızınsa  köhnə  paltarda rəfiqələrinin doğum günlərinə getməkdən utanar . Qadının ac qaldığı zaman uşaqları  götürüb  utana – utana atasının evinə gedər , sənsə həmin an gö-zəl  qadının  ayaqları  arasında əriyərsən , bütün varlığın  təslim  olar onun ecazkar bədəninə . Lakin öz qadının daha  gözəl  hisslər  yaşadardı sənə . Axı onun qəlbində  məsum  sevgi  duyğuları  var idi . 
Və  bir  gün qadın – övladlarının anası həyatla vidalaşar . Utanarsan məzar başında  ağlamağa . Baxa  bilməzsən  övladlarının  gözlərinə . Ölmək , qa-dınınla   birgə  məzara gömülmək istərsən . Fəqət  anlayarsan ki , vicdanlı bir insanla eyni məzarda  uyumağa belə layiq deyilsən .

                                                                                

                                                                                Nicat  Həşimzadə
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ