Mən bir dünya
istəyirəm, al-əlvan çiçəklərin olduğu, gözəl şəfəqləri ilə hər tərəfi
işıqlandıran günəşin boylandığı,
yaşıllıqların heç solmadığı, quşların yaşamağa həvəsləndirən cəh-cəhinin susmadığı bir dünya.
Mən bir dünya
istəyirəm, sevginin nifrətə çevrilmədiyi
, dostluğun düşmənçiliyə dönüşmədiyi, yalanın həqiqəti boğmadığı bir dünya.
Mən bir dünya
istəyirəm, kömək üçün uzadılmış əllərdən tutub uçuruma sürükləməyə cəhd etməyənlərin olduğu, mərhəmətin
buz qəlbləri isitdiyi bir dünya.
Mən bir dünya
istəyirəm, gözlərdə ümid işığının sönmədiyi,
özünə inamın var olduğu bir dünya.
Mən bir dünya istəyirəm, tanımadan ittiham edənlərin
olmadığı, mənəviyyatı zəngin insanların yaşadığı bir dünya.
Mən bir dünya
istəyirəm, gözlərin yaşla dolmadığı, ürəklərin sızlamadığı, vicdanların
susmadığı bir dünya. Belə bir dünya
yoxdu deməyin, xülyadır deməyin. İnsanlığın ölmədiyi bir dünya var,
pozitivi görməyə çalışın. Bəlkə həmin dünya daxilinizdədi, məhv olmasın deyə gizlətmisiz?!

Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ