İlqar Kamil - UZUN ZAMANDI....

Bu yazıya counter dəfə baxılıb



Uzun zamandı yoxam
ərşə çəkilmişəm elə bil;
dilim kilidlənib itmiş bir qıfılla;
sükuta şəklənib qulaqlarım.
Payızımmı  gəlib yoxsa,
yağışlar yağdıqca leysan kimi
küləklər əsdikcə amansızcasına
tab gətirməmiş,
budaqlarımdan tökülmüşəm elə bil...
                          
Zülmət qaranlığam nə vaxtdır
sönmüşəm elə bil;
daşa basıb sındırıb həyat lampamı bəlkə də
anasına əsəbiləşən hansısa məhlə uşağı;
Ayağım da yer tutmur ki, qaçam
tərpənə də də bilmirəm heç olmasa...
Qınama məni,
Mən lap Dədə Qorqud dövrünə qayıtmışam
daşa dönmüşəm elə bil...

Bir xeyli vaxtdı yiyəsizəm, lənət şeytana,
itmişəm elə bil...
Hansısa xərabatda mı unudulmuşam yoxsa?...
Sularının üstündə belə üzüquylu,
hərəkətsiz dayandığıma görə,
iraq olsun,
mən üzmək üçün girdiyim dənizdə
boğulmuşam elə bil...

Axx, nə yaman ağrıyıram
əzilmişəm elə bil;
görəsən hansı zirvədən,
kimin gözündən düşmüşəm?
Bax, nəbzim də vurmur heç artıq,
kipriklərim də qapalı;
yaxın gəl, yoxla bir, gör        
axı mən...
axı mən ölmüşəm elə bil?!...


Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ