Xəyalə Sevil - Bir sevgim var

Bu yazıya counter dəfə baxılıb











Bir sevgim var, qalıb yetim,
Ağlar gözün qarasında.
Aman Allah, nə günlərim
Qaldı bəxdin yarısında.

Ondan mənə qalan çiçək,
Ölən ruhumun əklili.
Göz yaşlarım rəssam olub,
Çəkir dərdimin şəklini.

Xatirələr səfil-səfil ,
Yarı gülər, yarı ağlar.
Yanağımda yaş küçəsi,
Ürəyimdə qara dağlar.

Bu dərdi mənə verənim
Verdiyi dərdi biləydi.
İlahi, gözüm yol çəkir,
Kaş o günlərim gələydi.

Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ