Qar
dağlara yağar, ancaq güvəndiyimiz dağlaramı?
Əslində
gözəldir qarın yağması, təmizləyir təbiəti mikroblardan, çirkablardan.
Güvəndiyimiz
dağlara qar yağanda isə güvənimiz təmizlənir,
yalanlardan və biz böyüyürük.
Böyümək
gözəldi, bunu uşaq vaxtı belə bilirdik.
Türk
filimlərindən görüb, bildiyimiz sevgini biz də yaşayacaqdıq, böyüyüb.
Böyüdük,
sevgilər elə filimlərdə qaldı..
Dostluqlar
Qaf dağının ardında yaşayan Səməndər quşunun qadanlarında gizləndi, insanlar
qorxub.
Güvəndiyimiz
dağlara qar yağdı, qar əriyib çamur oldu və ürəyimizi kirlətdi.
Şairlərdən
öyrənə bilmədik sevgini, sevginin göz yaşı ola bilmədi şeirlər.
Sevdiyimiz
şeirləri unutdu sevənlər, ilk namədə yoruldu aşiqlər. Pəri qızına vurulan aşiq
ilk namədən sonra söylədi “ ayrılıq” qəzəlini.
Şeyx Sənan
tək atdı özünü qayalardan. O, donuz otaranda , donuz damında aldatdı onu
sevdiyi qadın.
Onun tanrısı gözəllikdi, sevgi idi. Tanrı isə
çoxdan əl çəkmişdi sevgidən və gözəllikdən.
Sənanın
özünü atdığı dağ idi, bəlkə də qarın yağdığı dağımız. Ya da Pəri qızının
aşiqini, məktubu gətirən bağbanla aldatdığı bağ idi, cəsədimizin düşdüyü yer.
Güvəndiyimiz
dağlara qar çoxdan yağmışdı əslində. Fərhad kimi oğlanı Xosrova dəyişdiyi gün
Şirinin. Ya da Fərhadın ahı Şiruyənin bədəninə bürünüb saplandığı gün Xosrovun
ömrünə əridi ayağımızın altındakı qarlar
və göy üzünə yüksəldik biz. Bir daha dəymədi ayağımız ən yüksək zirvələrə belə.
Güvəndiyimiz
dağlara bir daha qar yağmayacaq, bir daha aldatmayacaq bizi qış günəşləri.
Güvəndiyimiz
dağların öldüyü gün mübarək.
Mübarək
böyüdüyümüz gün.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ