Bu
günlərdə Fevral tarixləri aralığında Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin dəstəyi ilə, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının
Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunan “Norveç-Azərbaycan Təhsil
Səfəri” layihəsi həyata keçirildi. Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının
Azərbaycan nümayəndəliyinin Seminar və Konfranslar üzrə vitse-prezidenti
Seyfəlpaşa Əliyevin verdiyi məlumata görə, layihə çərçivəsində qonaqlar,
Azərbaycan Respublikası Milli Məclisini və Azərbaycan Respublikası Ali
Məhkəməsini ziyarət etmiş, Diplomatik Akademiyada keçirilən təlimə qatılmış və
bununla yanaşı olaraq, Şəhidlər Xiyabanı və Fəxri Xiyabanda olmuşlar.
Seyfəlpaşa Əliyev öz nitqində vurğulamışdır ki,Milli Məclis ziyarəti zamanı
qonaqlara Azərbaycan Respublikasının Qanunvericilik sistemi ilə bağlı
məlumatlar verilmiş, Milli Məclisin inzibati binası ilə tanışlıq həyata
keçirilmiş və eləcə də, qonaqlar tərəfindən ünvanlanan suallar
cavablandırılmışdır. Daha sonra qonaqlar Azərbaycan Respublikası Ali
Məhkəməsini ziyarət etmiş və qonaqlara Ali Məhkəminin funksiyaları, fəaliyyət
istiqamətləri barədə ətraflı məlumatlar verilmişdir. Daha sonra Azərbaycan
Diplomatik Akademiyasında keçirilən təlim zamanı iştirakçılara hüquq sistemləri
və onların formalaşma prosesləri, eləcə də hüquq sistemləri arasındakı fərqlər
və oxşarlıqlar barədə məlumat verilmişdir. Qonaqlar həmçinin Fəxri Xiyabanı
ziyarət etmiş, xalqımızın istər mədəniyyət və istərsə də siyasət tarixində
mühüm rol oynamış və Xiyabanda dəfn olunmuş şəxslər barədə məlumatlar əldə
etmişlər. Eyni zamanda, layihənin davam etdiyi 5 gün ərzində qonaqlara Bakının
müxtəlif tarixi abidələri barədə məlumatlar verilmiş, qonaqlar dəyərli
musiqimizlə tanış edilmişlər. Və sonda Seyfəlpaşa Əliyev nitqini bu cür sonlandırmışdır:
“Qarşılıqlı xarakter daşıyan “Təhsill Səfəri” layihələrində əsas məqsəd
hüquqşünas tələbələri Avropanın müxtəlif dövlətlərinin qanunvericilik, məhkəmə
və hüquq təhsili sahəsində biliklərinin artırılmasından ibarətdir. Və bundan
sonra da bu cür qarşılıqlı səfərləri davam etdirməyi planlaşdırırıq. Artıq ELSA Azərbaycan ELSA (The European Law Students’
Association) nümayəndəlikləri arasında özünəməxsus yer tutmaqdadır. Bu da bizə
Azərbaycanı kifayət qədər geniş hüquqşünas auditoriyasına tanıtmaq imkanı
verir. Hal-hazırda May ayında həyata keçirilməsi planlaşdırılan “Gənc
Hüquqşünasların II Beynəlxalq Bakı Forumu” üçün hazırlıqlara başlamışıq və
2015-ci il ELSA Qış Prezidentlər Toplantısının Azərbaycanda həyata keçirilməsi
üçün namizədliyimizi irəli sürmüşük.” Qeyd edəki, Azərbaycan artıq 3 ildir ki,
ELSA-nın tamhüquqlu üzvüdür və hal-hazırda təşkilatın Azərbaycan
nümayəndəliyinə Sirac Sultanlı rəhbərlik etməkdədir.
Seyfəlpaşa Əliyev
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ