İradə Aytel- Sevgilim məni atıb!

Bu yazıya counter dəfə baxılıb











Ay adamlar,
Ay kişilər!
Sevgilim məni atıb!
Gəlin,
Gəlin, asın məni ürəyimdən
Bədənimi nuş eyləyin!
Saçlarımda tumar izi,
Dodağımda hərarət var.
Sinəm altı köz-közsə də,
Sinəm üstdə məhəbbət var!
Nuş eyləyin sevgi-sevgi
Muncuqlayan sinəmi də
Nuş eyləyin sevgilimin
ürkək-ürkək
Toxunduğu bədəni də.
Param-parça edin məni
Ac qurd kimi
Gözləriniz parıldasın bir tikəlik,
Bir gecəlik ov üstündə.
Baxışıma göz açmayın,
Ürəyimdən söz açmayın.
Parçalanan ovdu deyin,
Zaman onu qovdu deyin
Sevgisindəm,
Sevincindən,
vicdanından
Öz canından!
Zaman onu qovdu deyin!!!
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ