Hava çox soyuq idi. Əlimdə bilgisayar 2 nömrəli maşruta mindik qabaq yerlərdə iki nəfərlik
yerdə əyləşdik öz dayanacaqlarında qrup yoldaşım düşdü və bir yer boşaldı bu
zaman da dayanacaqdan iki qadın maşruta
mindi qucaqlarında təxminən bir yaşyarım yaxud da iki yaşlı bir qız uşağı var
idi. Görünür bunlar ana bala idilər. Anası əyləşdi oturacaqda uşağı da,
qucağına aldı. Mənim əlimdə bilgisayar olduğu üçün yer verə bilmədim, buna görə
də üzr istədim. Gəlin dilləndi narahat olmayın xanım. Uşaq anasını istəyir, müəyyən
söz deməyə çalışırdı. Bu zaman yanımda əyləşən nənə qaş-qabağını töküb. Səsini
azacıq yüksəltdi. Bax bu xalanı görürsənmi kəs səsini, indi bu saat sənə iynə
vuracaq. Uşaq qaşqabağını töküb ağlamağa hazırlaşırdı ki, dedim: yox nənəsi
xala ona iynə vurmaz bu çox gözəl baladır. Cann… azacıq təbəssüm edib sevgi
dolu gözlərimlə balacanın üzünə baxdım. Uşaq qaş-qabağının düyünlərini açıb, üzümə
heyran-heyran baxmağa başladı. Heç anası da yadına düşmürdü. Yol boyu danışdıq
nənə ilə, rayon adamları idilər. Mən maşrutdan düşənə qədər uşaq gözlərini bir
an olsun üzümdən çəkmədi. Sanki bu körpənin bir xoş sözə ehtiyacı var idi. Bizə
bəzən elə gəlir ki, körpə uşaqlar heçnə anlamırlar, əksinə hələ onlar dünyaya gəlməmişdən
ana bətnində eşidirlər. Biz onları qorxutmaqla onların gələcəklərini sual altına almış oluruq. Buna
nümunə olaraq az yaşlı uşaqların kəkələməsini demək olar. Bu onların qorxu çərçivəsinə düşdükləri zamanı
yaranır, qocalıb dünyalarını dəyişənə qədər həmin uşaqlarla yoldaşlıq edir bu xəstəlik.
Hələ bununlada bitmir. Qorxu bir uşağın daxilindəki istedadlarını üzə çıxmasına
manee olur. Cəmiyyətdə qapalı formada olduqundan patensiyalını ortaya qoya
bilmir. Yaxud uşaq səhfən bir iş edəndə üstünə qışqıraraq…oyyyy sən neylədin?!
Bu işinə görə vurmaq da eyni qorxu həlqəsini yaradır. Uşaq səhf etdikdə sakitcə
təbəssüm edərək ona yaxınlaşıb mənim gözəl balam deyib öncə təbəssüm etmək,
sonra isə onu səhfini başa salmaq lazımdır. Danlamaq olmaz. Adlarını
sadalamadığım nevroloji xəstəlik də ana bətnindən, və doğulduqdan sonra bu kimi
hallardan yaranır. əgər bir uşağa həyat verməyəcəyiksə onu həyata gətirməyin
anlamı nədir? Onun nə günahı var axı? elə dünyaya gəlib insan kimi böyüməyəcəksə
dünyaya nədən gəlməlidir ki… Arzu olunmaz uşaqların gözlərindəki kədər,
sevgisizlik sonradan narkamanyaya, cinayətkarlığa, cibgirliyə, yalana, yol açan
amillərdən deyilmi. Yaxud onu mükəmməl
yetişdirməyi bacarmayanda da eyni halla qarşılaşmaq qaçılmaz fakt deyilmi?!
Uşaqları sevgi və təbəssümlə böyüdüb, cəmiyyətin çirkabından qorumaq bütün
valideynlərin boynuna düşən ən önəmli vəzifələrdən biri hesab olunur. Bir uşağın
gələcəyi ilə oynamaq da, ona gələcək vermək də bizim öz əlimizdədir…
Gülnarə İsrafilqızı- Onun nə günahı var axı…
Bu yazıya
dəfə baxılıb
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ