Hər Ramiz Rövşən imzalı şeir oxuyanda mənə elə gəlir ki, indicə ürəyim başı aşağı çevriləcək və ürəyimin bütün daşları töküləcək, bütün mənfi xüsusiyyətlərim canımı çıxarda-çıxarda canımdan çıxacaq. Anam məni bir də doğacaq, bir də böyüyəcəm, bir də insan olacam və çox güman ki, bu dəfə daha yaxşı insan olacam. Şeirin nə olduğunu dərk elədiyim gündən tələsirəm onun şeirlərinə. ( Anamın yanına tələsdiyim kimi) Elə bilirəm 100 vərəqlik kitabı 10 dəqiqəyə oxuyub qurtaracam, amma hər misrada qayanıb qalıram. Elə bil, Ramiz Rövşən misralarına daşlar düzüb, vərəqi çevirsəm, ayağıma düşəcəklər. Düşünürəm, düşünürəm
Dərdləşirəm onun şeirləriylə. Dünyanın ən savadlı psixoloqudur onun şeirləri. Ancaq danışmaqla yox, oxumaqla rahatlaşır insan. Hər onu oxuyanda mütləq nəsə yazmaq istıyirəm. Fikirlərim bütün ürəyimi gəzir. Duyğularımı, hisslərimi, h
pər-pərişan xatirələrimi uşaq kimi qucağıma almaq istəyirəm. Nə gün gördü ki yazıqlar...
Yenə qayıdıram, bəzən ləngərləyə-ləngərləyə, bəzən tövşəyə-tövşəyə qayıdıram. Vəhşi bir hərisliklə sarılıram kitaba. Hamısını oxumaq istəyirəm. Elə bil, oxumasam, sözlər başımın üstündən uçacaq, küsüb gedəcəklər.Oxuyuram, oxuyuram. İ
Kitabı vərəqlədikcə özümlə rastlaşıram.Bəzən özümü sevirəm, bəzən nifrət edirəm. Məni öz təsirinə salır şeirlər. Düşünmək istəyirəm, ancaq düşünmək. Kitabı oxuyub qurtaranda isə mənə sadəcə belə demək qalır: Ramiz Rövşən duyğularımın şeir dilinə tərcüməsidir.
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ