Şahid Sarıvəlli- Əynimdə qalıb...

Bu yazıya counter dəfə baxılıb








Torpağı ayrılıq qoxan bu yola,
Özün öz əlinlə gətirdin məni,
Sevgidən tikmişdim yıxılmaz qala,
 Yıxıb o qalanı, bitirdin məni.


Bu qədər dəyişmə, nə olar bəsdi,
 Qorxuram insanlıq gözümdən düşər,
 Ruhum dözməyərək özünü asdı,
 Quruca cismim də dözümdən düşər.


Məndən istədiyin nə idi axı?!
 Bu sual cavabsız beynimdə qalıb,
 Üstümə biçmisən bütün günahı,
 Çıxarda bilmirəm, əynimdə qalıb.

  
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ