İradə Cəlil- Yandıraraq öldürəcəyəm özümü

Bu yazıya counter dəfə baxılıb
Yandıraraq öldürəcəyəm özümü zorlanmış bir qız kimi intiqam alacağam həyatdan küllərim səpələnəcək hər yerə sonra əzabla öləcəyəm peşmançılığım dilimdə, göz yaşlarım yanağımda bir də kirlənmiş namusum düşüncələrimdə Son ümidimi namusumla itirib səni ürəyimdə dəfn edib yandıracağam bədənimi əllərinin toxunduğu yerləri alovlar bürüyəcək dodaqlarının hələ də dadını unutmayan dodaqlarım alovlarla öpüşəcək bir parçaya büküb küllərimi, bir parça torpağa göməcəklər.... Yandıraraq öldürəcəyəm özümü, özümdən intiqam alacağam səni belə sevdiyimçün... nə bir evim olmayacaq, nə bir uşaq ətəyimdən tutub ağlamayacaq...
namussuz qız deyəcəklər, zorlanmış qız deyəcəklər, yanan qız deyəcəklər mənə amma sevən qız deməyəcəklər.... qəbrim üstünə gələn olmayacaq, bir Yasini çox görəcəklər bir dua oxumayacaqlar ruhuma... itib gedəcəyəm yaddaşlardan.... amma sən məni unutmayacaqsan!
Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ