Hələbdən
12 kilometr aralıda yerləşən Əz-Zubdiyyə başdan-ayağa qan içindədir.
Əsəd
qoşunu ilə müxalifət adı verilən terrorçu vəhabilərin "Əl- Nüsra" təşkilatının
döyüşçüləri arasında qanlı çarpışma
gedir.
Özu
bu günlərdə o dünyaya yollanan Kalaşnikovun silahı hər iki tərəfin əcəl mələyidir.
Döyüş
başa çatdıqdan sonra meyidləri reviziya edirlər.
Maraqlıdır
deyilmi?
Uzaq
Suriyada əbası dizinə düşmüş, əmmaməsi qan içində, uzun saqqalı toz-torpağa
qarışmış "Azəri Seyfullah" beyni parçalanmış formada ,dəhşətli səhnədir.
Sumqayıtdan Hələbə gedib,dönməyən yol
Qeyri-rəsmi
məlumata görə, Suriyada daxili müharibə başlayandan bəri 30 -dan artıq azərbaycanlı
həlak olub. Əgər, günlərin bir günündə, başqa şəraitdə uzun saqqalı Umeyranı,
İbn Salehi anası belə görsə,onların
Elçin, Şahin olduğunu anlaya bilməz.
Nə
işdirsə, Suriyada ölən azərbaycanlıların iki ümimi cəhəti daha çox diqqət çəkir:
Birincisi,
öldürülənlərin hamısı muzdlu vəhhabilərdir;
Nədən ölməyə vətən pisdir?
Kim
yaxşıdır? Əsədmi?yoxsa, ona qarşı birləşib Suriyanı xaraba günə qoyanlarmı?
Bu
Suriyanın daxili işidir. Əgər söhbət beynəlxalq səciyyə daşıyan insan
haqlarının müdafiəsindən gedirsə, zəhmət çəkib, Qarabağa dair 4 oyuncaq qətnamə
qəbul etmiş BMT və öz maraqlarını qorumaq naminə Əfqanıstanı xarabaya çevrimiş
NATO sinəsini qabağa versin.
Amma,
bizə nə düşüb, ay Soltan Məmmədov gedib, qoşulmusan vəhhabilərə adını da
qoymusan "Azəri Seyfullah"!
Başı
bədənindən qoparılımış fotoların qohumlarının, ananın sinəsinə dağ çəkib,
gözüyaşlı qoyur.
Allah
eşqinə, söyləyin ,orda kimi qoruyur,kim üçün can verirsiniz?
O
Suriya üçünmü ki,təkcə,Dəməşq şəhərində ASALANIN 4 qolu fəaliyyət göstərir?
O,Suriya
üçünmu ki, 19 türk diplomatını və Qarabağda çoxsaylı azərbaycanlını qətlə yetirən
ASOA-ya yer verib, poliqon hazırlayıb?
O,
Suriya üçünmü ki, ərəb təşkilatı olan "Əbu Nidal" ASALA-nın Qarabağda
terror törətmək üçün kamikadze hazırlamasına dərs keçir?
Ya,
APOSTOL?
Azərbaycanın
iri layihələrinə, neft-qaz infrastrukturuna, Bakı-Ceyhana zərbə vurmağa
hazırlaşır.
Bəlkə,
Oralara Qarabağ müharibəsində ermənilər tərəfdən döyüşən suriyalıların əsir düşən
azərbaycanlı qadınları zorladıqlarının heyfini çıxmağa getmisiniz?
Son söz demirəm...
Hər dəfə, Suriyada daha ... azərbaycanlı
öldürüldü deyəndə,
hər dəfə,
başı parçalanmış, avtomat silaha sarılıb diz çökmüş, gözləri çıxarılmış vətəndaşlarımızı görəndə,
bilirəm
ki, bu, Qarabağa, onun verdiyi 20 mindən çox şəhidin ruhuna təhqirdir. Özü də
kobud və əvəziverilməz təhqirdir.
Lütfən
anlayın, biz siyasətdə nə Şərq deyilik, nə də Yaxın Şərq deyilik.
Biz,
Qafqzadayıq. Bizim Suriyamız Qarabağdadır.Düşmənimiz də İrəvanda .
Dedim
axı,sonda söz demirəm, son sözü bu foto deyəcək.
(Bu
da, ərəbsevgili dostlara "Müsəlman qardaşları" nın qondarma"Erməni
soyqırımı" abidəsindən ziyarət fotosu)
Əziz Əlibəyli
Tundra ədəbiyyatı
Tundra ədəbiyyatı
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ