nə gəzirsən,
ay adam
gecəmin yuxusunda?
götür xəyalını, get
gözlərimə batırsan.
sanki otağında yox,
kipriyimdə yatırsan.
niyə gəldin, əzizim
nə cəkdi səni mənə?
cıx get,
yazığın gəlsin
saclarımdakı dənə.
inan nifrət edirəm
qoxuna da sənə də
cıx get,
birdən ürəyim
sevər səni yenə də.
bilsən necə həsrətəm
sacının hər telinə.
sarılıb varlığına,
sığınaram könlünə.
sacımdan ətrin gəlir,
cökmüsən üst-başıma.
get,
ay adam balası,
nolar, cıxma qarşıma...
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ