Həyatıma yeni girən əşyalar kimidi,yad insanlar.
Xurma budağı tək əyilmiş ayın,ətrafını saran işıq böcək kimi
ağ ulduzlar dolanır göylərdə.
Zaman hər kəslə yola gedir,qəribədir.
Gecikməməkçün görüşə, saatı beşə qururam,
Səhər dururam,
Görüş yerinə artıq çatmışam,
Dostum gəlməyib,məyərsə zaman bizə kələk gəlib
Dostumun ölkəsində hələ saat ikidir.
Gərək ki, dözüm hələ dərs gedir.
“Sur zəngi çalınanda,tənəffüs olacaq.
Zaman,insanlar,həyat donacaq.
uşaqlar qaçmayacaq bufetə,çölə.
Ya da getməyəcək yeməyə evə.
Dostla söhbət yasaq bu tənəffüsdə
Formalar dəyişəcək ,o gün məktəbdə.
Üzlər ,qəlblərin aynası təki,əks olacaq sərgi salonlarında.
Bu tamaşa əsrlərdir oynanılsa da,
Dərs götürməz pis adamlar,axı nə fayda.
Cənnət bildiyimiz gözəlim dünya,
Dağılıb,yarılıb,cəhənnəm olacaq.
Cəhənnəm bildiyimiz örtük geyimlər
o,dünyanın zərbəsinə qalxan duracaq.
Nə qədər ki,köksümüzdə atır bu ürək,
Gəlin ey insanlar bir az düşünək...
Saat 16:17,16:42
16.02.2013
Qanun
Həyat - qələmin mürəkəbindən düşmək qədər
vacibsə,
Vərəqə düşdü bil.
Ama acizlikdən alçalmadı,
hündürlükdən düşərkən ,
Tək hədəfi,məqsədi,
vərəqə düşüb,yaradılana can verməkdi .
Zaman - durmaq,yorulmaq bilmirsə getdiyi yollardan.
Və duran saata əhəmiyyət verməyib keçirsə ordan
Deməli o, qatara mütləq çatacaq.
Və həmin qatar zamanı özünə nəzərən ünvanına aparacaq .
İnsan- əmindirsə əməllərinə,
Ki, doğrudur onun gördüyü işlər
O zaman torpaqdan geyinsin libas
Çün müqəddəs insanlar şərəfə layiq .
4 fevral 2012
22:44-23:16
Blogger ŞƏRHLƏRİ
Facebook ŞƏRHLƏRİ