Qadınlar nə istəyir?

Bu yazıya counter dəfə baxılıb
                                   
Bu suala çoxları cavab tapmaq istəsə də başara bilməyiblər. Mən də başara bilməyəcəm, bilirəm. Ancaq, öz fikirlərimi yazmalıyam ki, ürəyim  dinclik tapsın.
 Öncə onu deyim ki, qadın da bir insan olduğuna görə, bir insan nə istəyə bilər, zərif bir insan özü də?
Qadın da inasandı, bəli. Və onun da istəkləri bəzən yanlış ola bilər. Qadın da istəklərinin qurbanına çevrilə bilər.
Bir hadisə deyim: sovet zamanında onlarca qızımız Türkmənistana ərə getdi, böyüklərdən eşitdiyimə görə bu qızların çoxunu qızılla aldadıblar.
Hətta bəziləri yad bir ölkəyə getdiklərini son ana qədər bilməyib.
 Bir cəmiyyət qadını qoruya bilməsə  o, cəmiyyət çökməyə, məhv olmağa məhkum olacaq. Tarix boyu ən böyük problemlərdən biri qadın problemi olmuşdur.
 Dinlər, dindarlar qadını bir otağa, qara bir çadraya məhkum edərkən, digər bir qrup isə soyundurub küçələrə çıxardıb. Nəticə etibarı ilə ortaq bir yola gələ bilməmişlər.
Bu qədər dağılan ailələrdən danışırıq və kişiləri günahlandırırıq. Bəs, qadınların heç günahı yoxdumu, görəsən?- Məncə var.
Bir çox qadın ailə qurarkən xarici görnüşə, maddiyyata önəm verir. Pul olsun, bir az da yaraşıqlı olsun vəssalam. O, oğlana ərə getmək olar.
Daha bir maraqlanmırlar bu yaraşıqlı, pullu bəy insandımı?
Nəticə necə olur?
 Bəzən övlad olmur. Heç bir mənəvi dəyərə sahib olmayan bu kişiyə maraqlı deyil ki, bu qadının bundan sonraki həyatı necə olacaq.
Yenidən ailə qura biləcəkmi, yaşaya biləcəkmi?
Ona uşaq lazımdır. Beş arvad alıb boşasa da heç vecinə də olmayacaq.
Ya da bir neçə ay “dadına baxdıqdan “ sonra, bezdikdən, doyduqdan sonra bitdi. Daha o, qadın da, onun həyatı da onun vecinə deyil.
Hələ ayrılarkən çox vaxt qınanmasın deyə qadının adına söz də çıxarır.
 Məhv oldumu  qadının həyatı? – oldu
Bağışla, xanım qız, ancaq bu işdə sən də günahkarsan. Axı, onu həyat yoldaşı olaraq seçən sən olmusan.
İndi ailələrin 3- 4 ay çəkməsi sizi heç düşündürümü?
Məncə yox.
 Bir qız vardı onu sevən, onunla evlənmək istəyən oğlanı deyil də , onunla əylənən, onu “fırlatmaq” istəyən evli bir oğlanı seçdi.
Niyə bilirsizmi?
Uzun boylu və yaraşıqlı olduğu üçün. Bu qadın həyatını özü seçdi.
Kiminsə ailəsi olmaq əvəzinə, kiminsə fahişəsi olmağı üstün bildi. İndi bu qadına üzülmək olarmı? Təbii ki, yox.
         Sadəcə onu bu hala salan cəmiyyətə lənət oxumaq lazımdır.
Qadınlar rahat yaşamaq istəyir, pullu, yaraşıqlı oğlana getmək istəyir.
 Və qadınlar xöşbəxt olmaq istəyir.
Ancaq, unudurlar xöşbəxtlik hər zaman maddiyyatda olmur.
Əziz xanımlar seçiminizi düzgün edin, çalışın ailəniz dağılmasın, çünki siz “gəlin” olduqdan sonra, sizə sahib olmaq istəyən minlərəcə şərəfsiz var bu həyatda.
Bir tikə çörəyi belə , sizdən istədikləri almadan verməyəcəklər.
Yenidən ailə qurmağa, xöşbəxt olmağa sizə izn verməyəcəklər.

Düzgün seçim edin və həyatınızı məhv etməyin.

Tural Sahab.

Share on Google Plus

"eqoist": Unknown

Siz də öz yazılarınızı azizalibeyli@gmail.com və turalnuriyev679@gmail.com e-poçt ünvanlarına göndərə bilərsiniz.
    Blogger ŞƏRHLƏRİ
    Facebook ŞƏRHLƏRİ